Nevropataloq Nəzrin Mirzəyeva: "Telefonla müalicə yazmağa "yox" deyirəm"
- Nəzrin xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmaq mənim uşaqlıq arzum olub. Anam vaxtilə həkim olmaq istəyib. Amma başqa sahəyə gedib. Ona görə də mənim həkim olmağımı çox istəyirdi. Bu peşəni mənə anam sevdirdi. Mən də onun arzusunu ürəyində qoymadım və bu sahəyə gəldim .Nə yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 15 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən həm boyüklərlə, həm də uşaqlarla işləyirəm. Biz müxtəlif nevroloji xəstəliklərin müayinəsi və müalicəsi ilə məşğul oluruq.
- Xarakter olaraq necə birisiniz?
- Çox mülayim və işimdə disiplinli biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki oğlum, bir qızım var.
- Bir həkim olaraq nəyə “yox” deyirsiniz?
- Telefonla müalicə yazmağa qəti sürətdə “yox” deyirəm. Bu, bütün həkimlərin “yaralı” yeridir. Pasinetlərdən bu məsələdə anlayışlı olmağı rica edirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz sağlamlıqlarının qeydinə qalsınlar. Ayda ən azı iki dəfə proflaktik müayinələrdən keçsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, həkim andı içdikdən sonra müəyyən çətinliklərlə rastlaşaram. Mən universiteti bitirdikdən sonra təyinatla dövlət xəstəxanalarından birinə göndərildim. Amma orada bildiklərimin 30 faizi tətbiq edə bildim. Qalan 70 faizini isə sənəd işinə həsr etdim. Amma indi olduğum yerdən və ortamdan çox razıyam.
Əlaqə nömrəsi: (050) 243 58 56