Endokrinoloq Turan Kərimova: "Ağlıma gəlməzdi ki, pasientlərim mənə bu qədər doğmalaşarlar"
- Turan xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmağım mənim anamın arzusu olub. Mən də onun arzusunu gerçəkləşdirmək üçün bu sahəni seçdim. Nə yaxşı ki, ailəm məni bu peşəyə yönləndirib, nə yaxşı ki, həkim olmuşam. İşimi, sənətimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 15 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən pasientləri müalicə etməmişdən öncə onlarla söhbət edib, onların bir növ psixoliji barierini keçməyə çalışıram. Əsas iş prinsipim pasientin ilk qəbuldan şikayətlərinin ən azı 30-40 faizinin otaqdan çıxarkən azalmasıdır.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İxtisasıma aid olan demək olar ki, bütün endokrin xəstəliklərin müalicəsi ilə məşğul oluram.
- Xarakter olaraq necə birisiniz?
- Həm səmimi, gülərüz, yeri gəldikdə ciddi biri olduğumu deyirlər.Ən əsası, hər kəslə yola getməyi bacaran bir insanam.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Mənim sahəm olmayan işə, tam dərindən bilmədən əl qoymuram . "Bilmirəm" deməkdən də utanmıram.
- Son zamanlarda sizi narahat edən hansı məsələlərdir?
- Bizim insanlar həkimə çox gec-gec müraciət edirlər. Həkim məsləhəti olmadan, qohumdan-qonşudan eşitdikləri dərman preparatları qəbul edirlər. Nəticə etibarilə, xəstəlikləri daha da ağırlaşmış hala gətirirlər.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?
- Bəli, zaman-zaman iştirak etməyə çalışıram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, heç nəyi bəhanə gətirmədən, heç olmasa, ildə bir dəfə profilaktik müayinədən keçsinlər. Çünki zamanında aşkarlanan xəstəlik, vaxtında olunan müdaxilə, gələcəkdə yarana biləcək fəsadların qarşısının öncədən alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, pasientlərin problemlərini özümə bu qədər yaxın buraxaram və onlar mənə bu qədər doğmalaşarlar.
Əlaqə nömrəsi: (050) 354-89-64