Həkim-stomatoloq Humay Cavadova: "Dişlərə edilən lazımsız müdaxilələr "yox" deyirəm.
- Humay xanım, necə oldu ki, həkim oldunuz?
- Bu sahəyə marağım uşaqlıq illərimdən olub. Atam da stomatoloqdur. Onun işlərini gördükcə stomatologiyanı sevdim və qərar gəldim ki, onun yolunu davam etdirim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Stomatologiyanın, demək olar ki, bütün sahələri ilə məşğul oluram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən daha çox estetik stomatologiyaya üstünlük verirəm. Çünki indi insanların əksəriyyəti estetikaya daha çox fikir verirlər.
- Hansı üsullarla çalışırsınız?
- Biz ən müasir texnika və avadanlıqlarla çalışırıq. Çalışırıq ki, pasientlər bizdən hər bir halda məmnun qalsınlar.
- Beynəlxalq seminarlarda, konfranslarda iştirak edirsinizmi?
- Bəli, bir çox tanınmış xarici həkimlərin seminarlarında iştirak edib bu işin incəliklərini öyrənmişəm.
- Bir stomatoloq olaraq nəyə "yox" deyirsiniz?
- Dişlərə edilən lazımsız müdaxilələrə birmənalı olaraq "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq mülayim, işimdə isə ciddi biriyəm.
- Tələbələriniz varmı?
- Hələ yoxdur. Amma gələcəkdə tələbə götürmək fikrim var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, dişlərini qorusunlar. Hər altı aydan bir proflaktik müayinələrə getsinlər. Çünki vaxtında oluna müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, belə çətin və məsuliyyətli iş seçərəm. Amma nə yaxşı ki, seçmişəm. Millətimizin sağlamlığının qayğısına qalmaqdan qürur duyuram.
Əlaqə nömrəsi: (055) 824 62 62