Kardioloq Nüşabə Səfərova: "Ağlıma gəlməzdi ki, ürək xəstəlikləri bu qədər "cavanlaşar""
- Nüşabə xanım, necə oldu ki, həkim oldunuz?
- Mən əslində dövlət qulluqçusu olmaq istəyirdim. Amma valideynlərim məni bu sahəyə yönləndirdilər. Sonradan bu peşəni sevdim. Valideynlərimə məni bu sahəyə yönlədirdiklərinə görə minnətdaram.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 20 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən, demək olar ki, bütün kardioloji xəstəliklərin müalicəsi ilə məşğul oluram.
- Son zamanlarda ürək xəstəlikləri çoxalıb. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bu məslədədə sosial həyat və stress faktoru əsas rol oynayır.
- Xarakter olaraq necə birisiniz?
- Xaraktercə mülayim və gülərüz olmağıma baxmayaraq , yeri gəldiyi zaman ciddi oluram. Pasientlərlə də həyatda olduğum kimi mehriban və gülərüz olmağa calışıram.
- Nədən qorxursunuz?
- Sizi inandırım ki, həkimlərin özləri də iynədən qorxurlar (gülür).
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Ailə həyatı ilə həkimlik nə dərəcədə alınır?
- Bir az çətin olsa da, hər ikisinə eyni dərəcədə diqqət göstərməyə çalışıram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, öz sağlamlıqlarının qədrini bilsinlər və həkimə vaxtında müraciət etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, ürək xəstəlikləri bu qədər "cavanlaşar".
Əlaqə nömrəsi: (050) 359 01 24