Oftalmoloq Ramilə Babayeva: "Bu qədər uğura nail olacağımı düşünməzdim"
- Ramilə xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmağım anamın arzusu olub. O, həmişə deyirdi ki, qızım həkim olacaq bu fikirlər də mənim yaddaşıma yazılırdı. Beləliklə, anamım arzusunu yerinə yetirdim və bu sahəyə gəldim. Nə yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm və altı ildir ki, Tibb Universitetində də dərs deyirəm.
- Öz sahəniz üzrə işləri icra edirsiniz?
- Mən daha çox şəkərli xəstələrlə işləyirəm. Bundam başqa, gözətrafı cərrahi əməliyyatlar, gözdibi müayinəsi və s. işləri icra edirəm.
- İnsanlar sizə daha çox ilə bağlı müraciət edirlər?
- Daha çox görmə zəifliyi ilə bağlı müraciətlər olunur. Bunun da səbəbi daha çox texnologiyadır.
- Xarakter olaraq necə birisiniz?
- Dəqiqliyi xoşlayıram. Öhdəsindən gələ bilməyəcəyim işi üzərimə götürmürəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var. Çox istərdim ki, övladlarım da mənim yolumu davam etdirsinlər.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Yeniyetmələrin, şagirdlərin evdə qapalı şəraitdə olmasına "yox" deyirəm. Onların ən azı gündə bir saat təmiz havada olması arzuolunandır.
- Oxuculara nə məsləhət görürsünüz?
- Dərs oxuyarkən hər iyirmi dəqiqədən bir iyirmi saniyə iyirmi metr uzağa baxmalıdır ki, göz alması məşq etdirilmiş olsun.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, plastik cərrahiyyə ilə məşğul olaram və Tibb Universitetində dərs deyərəm. Ümumiyyətlə, bu qədər uğura nail olacağımı düşünməzdim.
Əlaqə nömrəsi: (050) 581 00 00