Thetahealer, Life Coach, NLP master Günel Mirzəyeva: "Köhnə fikirlərlə yaşamağa "yox" deyirəm"
- Günel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həyatımı dəyişmək istəyirdim.
Daha xoşbəxt, daha çox maddi azadlıq, daimi sağlamlıq istəyirdim və bunları oxuduğum təhsillərlə əldə etdim.
Psixologiya üzrə bir çox təhsillər aldıqdan sonra anladım ki, şüuraltımız bizim həyatımızı 80-90% idarə edir. Birinci John Kexonun məktəbi ‘’Şüuraltı hərşeyi bacarır’’ təhsilini, Access bars təhsili şüuraltı təmizlik,Yaşam Koçu, Kvant, NLP şüuraltı proqramlama və nəhayət ən üstünləri Thetahealing İnstutunun 4 səviyyəsi üzrə təhsilini aldım. Thetahealing həm enerjiylə, həmdə şüuraltı mənfi inanclarımızı 4 inancımızdan silib, pozitiv inanclarla yenidən proqramlayıb dəyişən möhtəşəm təhsildir.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Bir ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim , insanların problemlərinin şüuraltı səbəblərini tapıb şüuraltlarını neqativ inanclardan, enerjilərdən təmizləmək və yenidən pozitivə proqramlamaqla həyatlarına möcüzəvi toxunuşlar etməkdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Marafonlar, seminarlar keçirtmək üçün zamanım olmur. Özəl seanslarımdan vaxt azlığı yaşayıram, kitab çıxartmağı düşünürəm.
- İsanlar sizə daha çox nə il bağlı müraciət edirlər?
- Sevgi həyatlarında münasibətləri ilə, maddi sıxıntılar, depressiya, stress, sağlamlıq və s. məsələlərlə bağlı müraciətlər edirlər.
- Xarakter olaraq necə birisiniz?
- Çox səbirli , rahat , olduqca pozitiv və məqsədyönlü insanam. Pasientlərim , dostlarım həmişə məndən hüzur , pozitiv eneji aldıqlarını deyirlər.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Bir mütəxəssis olaraq nəyə " yox " deyirsiniz?
- Keçmiş fikirlərlə yaşamağa, başqalarıyla müqayisəyə, daima mənfi düşüncələrdə olmağa, başqalarını günahlandırmağa, həyatın fani olduğuna, həyatın əzabverci olmasına inanmalarına ‘’ yox’’ deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Allahı, özlərini və yaradılan hər şeyi mükəmməl sevsinlər. Kainata nə qədər sevgi ötürsələr daha çoxu onlara gələcək, həyatlarında olan problemlər 98% şüuraltı inanclarına bağlı olduqlarını bilsinlər və şəfalandırsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Öz həyatımı 360 dərəcə dəyişə bilərəm, amma nəinki özümü, başqa insanların da həyatlarına müsbət təsir göstərdim və göstərirəm. Yaradıcıya təşəkkür edirəm, hər birimiz içimizdəki missiyamızı tapsaq, həm öz, həm də digər insanlara xoşbəxtlik bəxş edə bilərik.
Əlaqə nömrəsi: (070) 903 03 07