Həkim-kosmetoloq Elmira Əhmədova: "Ağlıma gəlməzdi ki, bu qədər uğur əldə edəcəyəm"
- Elmira xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən həmişə kriminalist həkim olmaq istəmişəm. Ona görə də o vaxt sənədlərimi tibbi-proflaktika fakültəsinə verdim. Həmin fakültə də onun tərkibində idi. Lakin mən birinci kursu bitirəndə həmin fükltəni müalicə işi fakültəsinə verdilər. O zaman bildim ki, arzularım yarımçıq qalacaq. Buna baxmayaraq, universiteti bitirdim və labaratoriyada işlədim. Amma özümü o sahədə tapmadım. Sonra çox təsadüf nəticəsində bu sahəyə gəldim. Anamın xəstəliyi ilə bağlı İrana getmişdim. Orada dermatoloqlarla, kosmetoloqlarla tanış oldum. Bu sahəni də ikinci ixtisas kimi öyrəndim və hazırda kosmetoloq kimi fəaliyyət göstərirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 10 ildir ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Əməliyyatsız estetikaya aid bütün kosmetoloji prosedurları icra edirəm.
- Son zamanlarda xanımlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Mən xanımları iki qrupa bölərdim. Özgüvənli və kompleksli xanımlar. Bəzən elə xanımlar gəlirlər ki, onlara heç bir prosedur lazım deyil. Amma israrla hansısa bir prosedur istəyirlər. Mən bunu daha çox psixoloji hal kimi qiymətləndirirəm.
- Bəy pasietləriniz də olurmu?
- Bəli, olur. Bəylər daha çox saç tökülməsi və botoksla bağlı müraciət edirlər.
- İş prinsipiniz nədən nədən ibarətdir?
- Elə pasientlər var ki, onlarla işləmək istəmirəm. Konkret desək, pasientlərimi özüm seçirəm. Çünki işi gördürüb ödəniş etməyənlər olur. Mənim əsas iş prinsipim işimdə dürüst olaqdır.
- Tələbələriniz varmı?
- Bəli, var. Mən bu sahə üzrə müxtəlif təlim və seminarlar da təşkil edirəm.
- Xarakter olaraq necə biridir Elmira xanım?
- Düzgünlüyə üstünlük verən və ədalətli biriyəm.
- Ailəlisimizmi?
- Bəli, ailəliyəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Xanımlara məsləhət görürəm ki, öz ayaqlarü üzərində dayamağı bacarsınlar və həyatda özlərini tapsınlar. Onda özgüvənləri da olacaq.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamalayın, zəhmət olmasa. Ağlıma gəlməzdi ki, bu sahədə seçilən həkimlərdən biri olacağam.
- Ağlıma gəlməzdi ki, mən bu qədər uğur əldə edərək bu yerlərə gəlib çıxacağam.
Əlaqə nömrəsi: (055) 766 68 26