"Adelina" şirkətinin rəhbəri Günel Bayramova: "İşimizi zövqlə yerinə yetiririk"
- Günel xanım, necə oldu ki, özünüz kosmetoloji məhsullar hazırlayıb satışa çıxartmaq qərarına gəldiniz?
- Bu ideya mənim ağlıma çoxdan var idi. Uzun illər bunun üzərində işləmişəm. İşimiz sırf xanımlarla və gözəlliklə bağlı olduğuna görə bu addımı atdım. Onu da deyim ki, bu brendi yaratmaq mənə asan başa gəlmədi. Buna baxmayaraq, beş il bundan öncə mən öz brendimi yaratdım və hal-hazırda dünyanın bütün ölkələrində bizim məhsullar qəbul olunub və istifadə olunur. Bundam sonrakı planımız məhsullarımızın sayını daha da artırmaqdır.
- Məhsullarınız hansı yaş qrupuna aid olan insanlara aiddir?
- Bizdə yaş məhdudiyyəti yoxdur. Bütün yaş qrupuna aid insanlar bizim məhsullardan faydalana bilərlər.
- Bu məhsullar daha çox hansı sahədə istifadə olunur?
- Daha çox gəncləşdirilmə ilə bağlı prosedurlarda istifadə edilir. Bu məhsullar daha çox təbiiliyi qormağa xidmət edir və bu məhsulların müddəti müvəqqəti deyil, ömürlük qalıcıdır. Hətta qeyd edim ki, bəzi əməliyyatlara aradan qalxa biləcək problemləri də bu məhsullar vasitəsi ilə aradan qaldırmaq mümkündür.
- Sonda nə demək istəyirsiniz?
- Demək istəyirəm ki, qısa zaman ərzində bəylərin və xanımlarım güvənini qazana bilmişik və işimizi zövqlə yerinə yetiririk. Biz işimizi insanların istəkləri üzərindən qururuq. Onların istəklərinə və maddi durumlarına uyğun məhsullar istehsal edirik. Bununla da qürur duyuruq.
Əlaqə nömrəsi: (055) 502 00 53
(055) 550 53 00