Klinik psixoloq Ofeliya Məmmədova: "Bu peşə mənə daha çox həyat eşqi verir"
- Ofeliya xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Təsadüf nəticəsində gəlmişəm. Amma bəzən təsadüflər zərurətdən doğur. Nə yaxşı ki, bu ixtisası seçmişəm. 1999-cü ildə Bakı Ali Qızlar universitetinin psixologiya fakültəsinə daxil olmuşam. Oranı bitirdikdən sonra fəaliyyətə başlamışam.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- 19 ildir ki, psixoloq kimi fəaliyyət gösətirəm
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanların səhhətində yaranmış psixoloji narahtlıq və xəstəlikləri sağaltmaq əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hal-hazırda "Soul" psixologiya mərkəzinin rəhbəriyəm.
- İnsanlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Son zamanlar həyəcan-təşviş pozuntusu, depressiya, panik-atak, obsessiv komplusiv pozuntularla bağlı daha çox müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Əslində ona görə dedim ki, bəzi şeylər zərurətdən doğur. İşimi çox sevirəm. Peşəmi sevmək də xarakterimdən irəli gəlir. Bu peşə mənə daha çox həyat eşqi verir. Sakit və hüzur verən məkanı sevdiyim üçün rahatlığı xoşlayan biri olsam da, çalışmağı sevirəm. Mübariz insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- İnsana ziyan verən, onun duyğularına mənfi təsir edən, onu dəyərsiz və önəmsiz hiss etdirən hər şeyə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Öz daxili dünyalarını hər zaman zənginləşdirməyi, onu inkişaf etdirməyi, mənəvi dəyərlərinə sahib çıxmalarını, ən vacibi də psixoloji sağlamlıqlarını qorumalarını istərdim.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir gün istər klinik psixoloq kimi, istərsə də ailə terapevti kimi mənə müraciət edən insanların üzünü güldürəcəyəm, psixoloji problemlərini aradan qaldırmaqda onlara yardımçı olacağam. Düşünürəm ki, bu uğurum işimi, peşəmi sevməyimden irəli gəlir.
Əlaqə nömrəsi: (050) 477 55 14