Azərbaycanlı aktrisa məşur türk filmində baş rolda...
- Gülşən xanım, hal-hazırda hansı işlər üzərində işləyirsiniz?
- Pandemiyadan sonra Türkiyədən bir təklif aldım. Məşhur "Yalnışanlama" filminin baş roluna çəkildim. Türkiyənin məşhur aktyorları ilə eyni səhnəni bölüşmək çox qürurvericidir. Qeyd edim ki, türk filmində baş rolda oynayan ilk azərbaycanlı aktirsa mənəm. Rejissorla mənim işi çox bəyəndilər və həmin film şirkəti ilə bir müqavilə imzaladıq. Müqaviləyə əsasən, bundan sonra həmin şirkət tərəfindən istehsal olunan filmlərdə ve seriallarda rol alacağam.
- Azərbaycanda çəkilən seriallar sizi qane edirmi?
- Sözün düzü, qonorar baxımındam məni qane etmir. Kaş ki, bizdə də film sektoru inkişaf edərdi. Hər yoldan keçəni seriallara pulsuz çəkirlər, bu da bizim kimi peşəkarların "bazar"ını öldürür. Belə hallar fiəm sektorunun çökməsinə gətirib çıxardır.
- Bizdə olan məlumata görə, özünüz bir film çəkmək qərarına gəlmisiniz. Doğrudurmu?
- Bəli, qərara gəldim ki, maliyyəni özümm yatırım və bir komediya filmi çəkim. Çəkilişlərə yaxın zamanlarda başlamağı planlaşdırıram. Düşünürəm ki, çox səs-küyə səbəb olacaq bir film olacaq.
- Nə zaman ailə qurmaq fikriniz var?
- Sözün düzü, məni bəyən, mənimlə maraqlanan insanlar çoxdur. Amma mənə məni anlayan, sənətimi qəbul edən insan lazımdır. Bilirəm, ideal insan yoxdur, amma yenə də gözləyirəm. Qismət deyək. Düzünü desəm, çox istərdim ki, bu il ailə qurum.
- Son olaraq nə demək istərdiniz?
- Onu demək istəyirəm ki, tamaşaçılarımı çox istəyirəm. Onlar mənə hər zaman dəstək olublar. Sənət yoldaşlarımdan da dəstkəkçilərim çoxdur. Uğurlarıma sevinirlər. Lakin məni gözü götürməyənlər, paxıllığımı çəkənlər də var. Bu da başa düşüləndir. Çünki ağlım, gözəlliyim və sənətim var. Mən həmin insanlara demək istəyirəm ki, sizi hələ çox yandıracağam. Uğurlarım qabaqdadır.