Qalıcı makiyaj üzrə top master Zəhra Axundova: "Təbiiliyi qoruyub saxlamaq əsas iş prinsipimdir"
- Zəhra xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirmişəm. Uzun müddət mühasib olaraq işləmişəm. Lakin rəssamlığa olan həvsim məni bu sahəyə gətirdi.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq səkkiz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Biz qalıcı makiyaj, qaşlardakı boşluqların doldurlması, saç tüklməsinə qarşı prosdurlar və s. işləri icra edirik.
- İş prinsipiniz nədən ibarətdir?
- Təbiiliyi qoruyub saxlamaq əsas iş prinsipimdir.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox qaşlarla bağlı müraciətlər olur.
- Amma son zamanlarda xanımlar görkəmcə bir-birlərinə oxşamağa başlayıblar. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bu məsələdə əsas "rol" sosial şəbəkələr oynayır. Amma mən hər müştəriyə individul yanaşıram.
- Özünüzə hansısa bir prosedur etmisinizmi?
- Özümə yalnız qaşla bağlı prosedur etmişəm.
- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?
- Bəli, zaman-zaman iştirak edirəm.
- Tələbələrimiz varmı?
- Bəli, var. Onlara bu işin incəliklərini öyrətmək üçün əlimdən gələni əsirgəmirəm.
- Yaxşı master olmaq üçün nə etmək lazımdır?
- Hər zaman öz üzərində çalışmaq lazımdır. Mən hələ də öyrənirəm.
- Xarakter olaraq necə birisiniz?
- Sakittəbiətli və mülayim biriyəm.
- Bir master olaraq nəyə "yox" deyirsiniz?
- Həddindən artıq süniliyə qəti surətdə "yox" deyirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz təbiiliklərini hər zaman qorusunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir gün bu qədər məşhur olacağam.
Əlaqə nömrəsi: (050) 880 28 58
İnstagram: Zara_Akhundova_Pmu