Vertebroloq-artroloq Arzu Əliyeva: "Pasientə ziyan vurmamaq əsas iş prinsipimdir"
- Arzu xanım, necə oldu ki, həkim oldunuz?
- Mənim məktəb vaxtı ingilis-dilinə həvəsim var idi. Xarici dillər universitetinə daxil olmaq istəyirdim. Amma anam məni tibb sahəsinə yönləndirdi. Beləliklə, həkim oldum. Nə yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 20 ildir ki, bu sahədə faəliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən ixtisasca vertebroloqam. Uşaqlarda və böyüklərdə skareloz və kifoz, osteanxondroz, yırtıqlar və s. kimi problemlərlə məşğul oluruq.
- İş prinsipiniz nədən ibarətdir?
- Pasientə ziyan vurmamaq onu razı salmaq mənim əsas iş prinsipimdir.
- Beynəlxalq konfranslarında iştirak edirsinizmi?
- Bəli, Sinqapur, Malaziya və İngiltərədə olmuşam.
- Xarakter olaraq necə birisiniz?
- Çox dəqiq və məsuliyyətli biriyəm. Pasientlərə bacardığım qədər yardım etməyə çalışıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi həkimlərin pula görə öz sahəsinə aid olmayan işlərə əl qoymağına "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, idmanla mütəzəm şəkildə məşğul olsunlar. Valideynlər uşaqlarını uşaq yaşlarından etibarən idmana yazdırsınlar. Bir də ki, düzgün qidalanmaya diqqət yetirmək lazımdır.
Əlaqə nömrəsi: (050) 277 05 50