Praktik psixoloq Günay Kərimi: "Zorakılığa və şiddətə "yox" deyirəm"
- Günay xanım, necə oldu ki, psixoloq oldunuz?
- Mən ilk ali təhsilimi hüquq üzrə almışam. Amma pxisologiya hər zaman mənim maraq dairəmdə olan bir sahə olub. Uşaqlıqdan bu sahə ilə bağlı müxtəlif kitablar oxuyurdum. Zaman gəldi, gördüm ki, psixologiya üzrə təhsil almaq istəyirəm. Ona görə də ikinci təhsil kimi Bakı Dövlət Universitetinin psixologiya fakültəsini daxil oldum və oranı bitirdim. Hal-hazırda psixoloq olaraq fəaliyyətimi davam etdirirəm. Eyni zamanda, Azərbaycan Milli Konservatoriyasında psixologiya, pedaqoqika və ali məktəb pedaqoqikası fənnllərini tədris edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimi və peşəmi çox sevirəm. Buna görə də, insanlara doğru-düzgün xidmət etmək əsas iş prinsipimdir.
- Son zamanlarda insanlar sizə daha çox hansı problemlərlı bağlı müraciət edirlər?
- Müxtəlif problemlərlə bağlı müraciətlər olur. Daha çox yeniyetməlik dövründəki problemlər, ailədaxili məsələlər, depressiya və s. problemlərlə bağlı müraciətlər olur.
- Son zamanlarda boşanmaların da sayı çoxalıb. Bunu nə ilə əlaqələmdirmək olar?
- Cütlüklərin əksəriyyəti bir-birlərini yaxşı tanımadan ailə qururlar. Yaxud da, ailə qurduqdan sonra bir-birlərinə qarşı münasibətləri dəyişir. Burada fərdlərin valideynlər tərəfindən evliliyə təhrik olunması da böyük "rol" oynayır. Ona görə də insanlar ailə qurarkən yaxşı düşünməli və seçimlərini düzgün etməlidirlər.
- Xarakter olaraq necə biridir Günay xanım?
- Mən prinsipial insanam. Öz məqsədlərimə çatmaq üçün əlimdən gələni edirəm və heç kim məni öz yolumdan döndərə bilməz. Amma bir az tənbəlliyim var (gülür).
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Mən tək psixoloq olaraq yox, həm bir insan, həm də qadın olaraq yaşından və cinsindən asılı olmayaraq bütün canlılara istər psixoloji, istərsə də fiziki zorakılığa və şiddətə qəti sürətdə "yox" deyirəm.
- Bizdə olan məlumata görə, yaxınlarda bir kitabınız işıq üzü görəcək...
- Bəli, yaxın on beş gün ərzində kitab tam hazır olacaq və oxucuların ixitayırına veriləcək. Kitabın adı "Sərvət meyilləri: Azadlıqdan məhrumetməyədək uzanan yol"dur. Onu da qeyd edim ki, bu kitab hüquq psixologiyasına aid kitabdır. Mən, ümumiyyətlə, kiçik yaşlarımdan hekayələr yazmağı sevirəm. Xeyli zamandır ki, kiçik hekayələr yazıram. İnşallah, bu işi də axıra qədər davam etdirəcəyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, adekvat olsunlar, düzgün təhlil etməyi bacarsınlar. Bir insan kimi hər gün evdən çıxdıqda şəxsi baxımımıza necə diqqət yetiririksə, elə də düşüncələrimizi qaydaya salaq. Ruh sağlığımza, baxımımıza da diqqət yetirək ki, sağlam ruha və sağlam düşüncəyə sahib olaq.
Əlaqə nömrəsi: (050) 320 95 81