Radioloq Fəridə Qasımova: "Pasientin xeyrinə olmayan hər bir şeyə "yox" deyirəm"
- Fəridə xanım, necə oldu ki, həkim oldunuz?
- Bizim nəslimizdə həkim çoxdur. Buna görə də, özümü dərk etdiyim gündən həkim olmaq istəmişəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 15 ildir ki, bu sahədə faəliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən ultrasəs müayinəsi ilə məşğulam. Son zamanlarda buna rentgen-mammoqrafiyanı da əlavə etmişəm. Yəni ki, mammoloq-radioloq kimi fəaliyyət göstərirəm.
- Son zamanlarda pasientlər sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox pandemiyanın fəsadları ilə bağlı müraciətlər olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Pasientlərin razı getməsi üçün əlimdən gələn hər şeyi edirəm. Əsas iş prinsipim budur.
- Beynəlxalq kurslarda iştirak edirsinizmi?
- Bəli, mən hər il xarici ölkələrdə müxtəlif təkmilləşmə kurslarında iştirak edirəm.
- Xarakter olaraq necə birisiniz?
- Deyilənə görə, çox ailəcanlı biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Pasientin xeyrinə olmayan hər bir şeyə qəti sürətdə "yox" deyirəm. Bəzi həkimlər öz ixtiaslarına aid olmayan işlərlə məşğul olurlar. Buna da "yox" deyirəm.
- Nədən qorxursunuz?
- Sizi inandırım ki, həkimlərin özləri də həkimə getməkdən qorxurlar (gülür).
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz sağlamlıqlarının qədrini bilsinlər və həkimə vaxtında müraciət etsinlər.
Əlaqə nömrəsi: (050) 389 66 46