Həkim-pediatr Təravət Həsənova: "Hər bir uşağa öz övladım kimi yanaşıram"
- Təravət xanım, necə oldu ki, həkim oldunuz?
- Mən Bərdədə anadan olmuşam. Rəhmətlik atam istəyirdi ki, həkim olum. Mən də onun arzsunu yerinə yetirdim və bu sahəyə gəldim. Nə yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 20 ildir ki, bu sahədə faəliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Biz uşaq ana bətnində olan gündən yeniyetməlik dövrünə qədər onların hər bir problemlərlə və xəstəliklərlə məşğul oluruq. Bu sahə məsuliyyətli olduğu qədər də gözəl sahədir.
- Son zamanlarda pasientlər sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Mövzümlə əlaqədar olaraq allergiyalar və viruslar çoxalıb. Bundan başqa, uşaqların yuxu problemi aktual məsələlərdən biridir.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən hər bir uşağa öz övladım kimi yanaşıram və yanıma gələn azyaşlılara sərbəstlik verirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mən çox sakittəbiətli və mülayim biriyəm. Uşaqlara qarşı çox həssasam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlərin həkim məsləhəti olmadan uşaqlara dərman preparatları verməsinə qəti sürətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Valideynlərə məsləhət görürəm ki, uşaqlarını sağlam qidalandırsınlar. Onları telefondan və fast-food qidalarından uzaq tutsunlar. Uşaqların psixologiyasına fikir versinlər.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən hər çətinliyi və məsuliyyəti gözə almışdım. Ona görə də, ağlıma nə gəlirdisə, o da başıma gəldi (gülür).
Əlaqə nömrəsi: (055) 422 57 50