Nutrisioloq, dietoloq Günel Sərkərova: "Təəssüf ki, piylənmə sürətlə inkişaf edir"
- Günel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən özüm də artıq çəkidən əziyyət çəkirdim. Öyrəndiklərimi öz üzərimdə, sonra isə insanlara tətbiq etməyə başladım. Beləliklə, bu sahəyə gəldim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Piylənmədən əziyyət çəkən xanımlara, bəylərə düzgün və sağlam qidalanma ilə kömək edirik. Artıq çəkidən xilas olmaq üçün hansısa dərmanlardan,çaylardan istifadə etmədən bunun mümkün olduğunu aşılayırıq. Əsas iş prinsipimiz budur.
- Öz sahəniz üzrə hansı isləri icra edirsiniz?
- Sağlam insanın düzgün qidalanması,
müxtəlif xəstəliklərdən əziyyət çəkən və xüsusi qidalanmaya ehtiyacı olan bir qurup insanlara köməklik edirəm.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Müraciət edənlərin 80 % i xanımlardır. Ana olduqdan sonra yaranan artıq çəki problemi və abdominal piylənmə ilə bağlı müraciətlər çox olur. Hansı ki abdominal piylənmə bir çox xəstəliklərin yaranmasına şərait yaradır.
Bundan başqa, süd verən analar, 6 yaşdan 16 yaşa qədər artıq çəkidən əziyyət çəkən uşaqlar da müraciət edir. Çox təəssüf ki, piylənmə sürətlə inkişaf edir.
- Xarakter olaraq necə birisiniz?
- Sakittəbətli biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç qızım var.
- Bir mütəxəssis olaraq nəyə " yox " deyirsiniz?
- Yalnış qidalanmaya "yox" deyiərəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Öncə özünüzü sevin, özünüzə dəyər verin. Hansı çəkidə və hansı yaşda olmağınızdan asılı olmayaraq, kimlərinsə sözü sizə pisixoloji təsir etməsin.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki özüm üçün tətbiq etdiyim sağlam qidalanma kimlərinsə marağına səbəb olar və mən nə vaxtsa bu qədər xanımlarla işləyərəm. Bunu heç vaxt düşünmürdüm, amma nəticələrimiz gözəl olduğu üçün artıq yüzlərlə insanın seçdiyi biriyəm.
Əlaqə nömrəsi: (050) 523 13 69