"Cambridge English Teaching Academy"-nin qurucusu Pərvanə Danış: "Şablon proqramlardan istifadə etmirik"
- Pərvanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə marağım məktəb illərimdən yaranıb.Hətta 8-ci sinif məktəb gündəliyimin demək olar hər səhifəsində "mən ingilis dili müəllimi olacam" yazmışam və o dövrlər universitetdən öncə hazırlıq dönəmiydi deyə bunu özümə hər gün yazaraq xatırladırdım. Bunu bu formada etməklə həm özümü həvəsləndirirdim, həm də öz məqsədimə çatmaq üçün daha ciddi hazırlaşırdım. Mən Azərbaycan Dillər Universitetinin məzumuyam.Universitetə yüksək bal yığaraq fərqlənmə ilə qəbul olmuşam və hətta xatırlayıram ki, Təhsil Nazirliyindən bu səbəblə ailəmə təşəkkür məktubu göndərilmişdi. Universitetin son kursundan etibarən, yəni 2008-ci ildən bəri ingilis-dilinin tədrisi ilə məşğulam. Hətta bu sahə üzrə Türkiyədə, İngiltərədə müxtəlif kurslarda və seminarlarda öz biliyimi təkmilləşdirmişəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 15 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Hansı üsullarla tədrisə üstünlük verirsiniz?
- Mən tələbələrimə kompleks şəkildə dərs verirəm və şablon proqramlardan istifadə etmirəm, materialları kompakt şəkildə özüm yığıram və sadəcə tələblərin ehtiyacı olan materialı hazırlayıram. Qısacası, öz materiallarımı özüm sərbəst şəkildə hazırlayıram.
- Hansı yaş qrupuna aid tələbələrlə çalışırsınız?
- Mövzu İngilis dili olanda biz buna yaş qrupu olaraq deyil, level, yəni səviyyə olaraq baxmalıyıq.Hal-hazırda ancaq B1 İlkin Orta (Pre-İntermediate) səviyyəsindən yuxarı tələbələri hazırlaşdırıram. Xüsusilə, bəynəlxalq sertifikatlar üçün məsələn IELTS kimi və xarici universitetlərin qəbul imtahanlarına hazırlaşmadan öncə tələbələrin ümümi ingilis dili dərslərini özüm keçirəm, buna səbəb tələbənin tam nəticəsini görmək və özüm sırf istədiyim səviyyədə yetişdirmək istəməyimdir. Yoxsa sırf sadəcə yüksək səviyyə tələbə götürüb və ancaq onları hazırlaşdıra bilərdim.
- Xarakter olaraq necə birisiniz?
- Çox tələbkar və məsuliyyətli insanam. İnsanları yaxşı motivasiya etmək qabiliyyətinə malik biriyəm.
- Bu sahədə narazı olduğunuz məqamlar hansılardır?
- İndiki tələbələrin dünyagörüşləri olduqca yüksəkdir və mən müasir gəncliyin tərəfində olan insanam. Əsas şikayətçi olduğum məsələ isə tələbələrin kitabdan oxumağa, təəssüf ki, meylləri azdır və bunun yerinə lazım olan məlumatları kompyuterdən və telefondan alırlar. Bu da onlarda qısa yaddaşın formalaşmasına zəmin yaradır. Bu hal məni çox narahat edir.
- Bir az da mərkəziniz haqqında danışaq. Kimin təşəbbüsü ilə yarandı?
- Bayaq da qeyd etdiyim kimi biz 2008-ci ildən etibarən fəaliyyətdəyik. Amma mən heç zaman özümü və gördüyüm işi reklam etməmişəm. Hətta bu yaxınlara qədər özümə sosial şəbələrdə profil də açmamışdım. Düşünmüşəm ki, mənim yanıma gələn tələbə məndə nəsə öyrənib getsin. Onu da qeyd edim ki, kurslaşmanın əleyhinəyəm. Buna görə də, hər zaman idarə edə biləcəyim qədər tələbə götürmüşəm. Amma karantin zamanı çox tələbələr onlayn dərs almaq məcburiyyətində qaldılar.Bir müəllim kimi tələbərim və valideynlərim davamlı olaraq sosial şəbəkədə niyə gördüyümüz işləri göstərmədiyimizi soruşurdular.Karantin dönəmindən sonra həyat çox dəyişdi. Artıq bütün ciddi iş yerləri sosial şəbəkədə aktivdir. Bu baxımdan da mən də tələbələrimin təkidi üzərinə işlərimi insanlarla bölüşmək məqsədi ilə axına uymaq və sosial şəbəkədə "Cambirdge English Teaching Academy" olaraq aktiv olmaq qərarına gəldim. O ki qaldı bizim tədirs mərkəzimizin yaradılmasına, "Cambridge" adı təsadüfi seçilməyib. Mənim özümün dərs metodum və ingilis dili biliyim CAMBRIDGE vəsaitlərinə əsaslanır.Tədrisimi də bu üsulla edirəm.Bu səbəblə heç şişirtmədən metodumuza uyğun ad seçmişik.Şüarımız isə "Məsuliyyətli ol və özünü işinə həsr et!"dir.
- İngilis dilini öyrənmək istəyənlərə nə məsləhət görürsünüz?
- Çox adam gəlib sırf danışıq öyrənmək istəyir, lakin "basic", yəni ingilis dilindən təməli olmayan adam üçün bu mümkün deyil. Amma təməli olanlara danışığı öyrətmək asandır. Ona görə də, oxuculara bu məslədə diqqətli və anlayışlı olmağı məsləhət görürəm.
Əlaqə nömrəsi: (050) 999 87 56
İnstagram: @cambridge_english_academy_baku