Nevroloq-Refleksoterapevt Zərifə Hacıbəyli: "Hər bir pasientə individual yanaşıram"
- Zərifə xanım, necə oldu ki, həkim oldunuz?
- Mən həkim ailəsində böyümüşəm. Valideynlərim həkimdir. Babam da əməkdar həkim olub. Ümumiyyətlə, nəslimizdə bu peşənin nümayəndələri çoxdur. Buna görə də, başqa heç bir sahədə fikirləşməmişəm. Nə yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 19 ildir ki, bu sahədə faəliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən daha çox baş ağrıları üzrə ixtisaslaşmışam. Baş ağrılarını nevrologiyada tam müalicə olunan yeganə xəstəlikdir. Ona görə də bu sahəni sevirəm. Bundan başqa, baş gicəllənmələri, osteroxondrozlar, yırtıqlar, panik-ataklar, nevrozlar və s. ilə də məşğul oluram.
- Son zamanlarda pasientlər sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Son zamanlarda nevroz və baş ağrıları ilə və pandemiyadan sonra yaranan fəsadlarla bağlı müraciətlər daha çox olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Hər pasientə individual yanaşıram. Bu da mənim əsas iş prinsipimdir.
- Beynəlxalq konfranslarında iştirak edirsinizmi?
- Bəli, mən hər il müxtəlif konfranslarda iştirak edirəm. Qeyd edim ki, mən Avropa Nevroloqlar Asossasiyasının həqiqi üzvüyəm.
- Xarakter olaraq necə birisiniz?
- Sadə və səmimi bir insanam. Ən əsas da pozitiv biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Pasientin xeyrinə olmayan hər bir şeyə qəti sürətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz xəstəliklərini internetdən araşdırarkən dəqiq mənbələrə istinad etsinlər. Bir də ki, hər zaman pozitivə köklənsinlər.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu yol bu qədər çətin olacaq.
Əlaqə nömrəsi: (050) 335 52 40