Ultrasəs həkimi Zümrüd Ələkbərova: "Ağlıma gəlməzdi ki, bu peşəyə bu qədər aşiq olaram"
- Zümrüd xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmaq mənim uşaqlıq arzum olub. Üç yaşımda babama söz vermişdim ki, həkim olacağam. Sözümün üstündə dayandım və ağ xalat geyindim. Nə yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Mən artıq 15 illik həkimlik təcrübəsinə sahibəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Həkimlik əslində çox çətin və məsuliyyətli bir peşədir. Çunki bir həkimin rəyi və verəcəyi qərar pasientin taleyini həll edir. Bu iş sadəcə və sadəcə sevilərək görülən bir işdir. Mən bu sevgini bütün peşəkar həkimlərdə hiss etdim.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən ultrasəs müayinəsi ilə məşğulam. Amma elastoqrafiya həkimi kimi daha çox tanınıram. Bu müayinə qaraciyərin ən dəqiq müayinə növüdür. Əsasən bu sahə üzrə ixtisaslaşmışam. Amma bütün ultrasəs müayinələrini də həyata keçirdirəm.
- Son zamanlarda pasientlər sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Son zamanlarda hepatit "B" həddindən artıq çoxalıb. Bir də ki, qız uşaqlarında erkən yetişgənlik daha çox müşahidə olunur.
- İş prinsipiniz nədən ibarətdir?
- Həkimlik fəaliyyətimdə tək prinsipim var: hər zaman düzgün diaqnoz qoymaq və pasienti düzgün yönləndirmək.
- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?
- Bəli, mən mütamadi olaraq xarici ölkələrdə müxtəlif elmir konfranslarda iştirak edirəm. Öz sahəm üzrə Türkiyə universitetlərində təkmilləşmişəm.
- Xarakter olaraq necə birisiniz?
- Öz arzularımın arxasıyca gedən və prinsipial biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Əmin olmadığım bir sahəyə girməyə qəti sürətdə "yox" deyirəm.
- Nədən qorxursunuz?
- Mən öz işimə və peşəmə fanatik dərəcədə aşiq biriyəm. Mənə ehtiyacı olan hər kəsə kömək etmək mənim üçün həyat prinsipidir. Bu, həm yaxınlarıma, həm tanışlarıma, həm də pasientlərimə aiddi. Ən böyük qorxum isə yaxınımın və ya pasientimin mənə ehtiyacı olduğu təqdirdə onun köməyinə çata bilməyəcəyim qorxusudur.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz sağlamlıqlarının qədrini bilsinlər və həkimə vaxtında müraciət etsinlər. İldə iki dəfə müayinədən keçsinlər.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu peşəyə bu qədər aşiq olaram. Hətta deyərdim ki, mən dünyaya məhz həkim olmaq üçün gəlmişəm.
Əlaqə nömrəsi: (050) 218 54 34
İnstagram adresi: Usm.dr.zumrud