Dermatoloq-kosmetoloq Rübabə Kazımlı: "İnsanların görkəmcə süniləşməyinin əleyhinəyəm"
- Rübabə xanım, necə oldu ki, həkim oldunuz?
- Əslində mən həkim olmaq istəmirdim. Anam həkimdir. Məni bu sahəyə o yönləndirdi. Amma universitetdə oxuya-oxuya bu sahəni sevməyə başladım.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ildən çoxdur ki, bu sahədə faəliyyət göstərirəm. Mən Moskvada işləmişəm. Hətta pandemiya vaxtı könüllü olaraq "qırmızı zona"da xidmət etmişəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən ixtisasca dermatoloqam. Amma Azərbaycana gəldikdən sona kosmetologiyanın sirlərini öyrəndim və hal-hazırda dermatoloq-kosmetloq olaraq fəaliyyət göstərirəm.
- Son zamanlarda pasientlər sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Son zamanlarda daha çox dəridəki aknelərlə bağlı müraciətlər olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün əsas olan işimin keyfiyyəti və nəticəsidir. Çünki gördüyümüz iş bizim adımızdır. Bir də ki, pasientlərə pul mənbəyi kimi baxmıram. Bu da mənim əsas iş prinsipimdir.
- Beynəlxalq konfranslarında iştirak edirsinizmi?
- Bəli, mən hər il müxtəlif konfranslarda iştirak edirəm. Onu da deyim ki, Azərbaycanda sırf nutrisioloq. Mən nutrisiologiyanı Azərbaycana gətirdim və yaxın zamanlarda bu barədə kurslarımız da təşkil olunacaq.
- Xarakter olaraq necə birisiniz?
- Deyilənə görə, pozitiv və dostcanlı biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, ayrılmışam. Amma övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- İnsanların görkəmcə süniləşməyinə qəti sürətdə "yox" deyirəm. Mən təbiiliyin tərəfdarıyam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, süniliyə doğru getməsinlər. Öz təbiiliklərini qoruyub saxlasınlar.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu yol bu qədər çətin olacaq.
Əlaqə nömrəsi: (50) 677 31 57