Psixoloq, Yaşam Koçu Züleyxa Əskərova: "İnsanlara dəstək olmaq üçün bu sahəni seçdim"
- Züleyxa Əskərova kimdir və niyə məhz psixologiya?
- Mənim ilk ali təhsilim Bakı Dövlət Universitetinin fizika müəllimliyidir. Fizikaya olan marağım bu ixtisası seçməyimə səbəb idi, lakin heç vaxt bu peşə üzərində karyera qurmağa həvəsli deyildim. Universitet illərindən başlayaraq müxtəlif kitablar oxuyurdum. O zaman diqqətimi daha çox çəkən psixoloji məqamlar idi.Hər oxuduğum kitabda qeydlər aparıb, fikirlərimi, düşüncələrimi yazırdım. Bunun səbəbi o idi ki, o zamanlar xəyalımda "bookcafe"-açmaq var idi və mən istəyirdim ki, müştərilər də mənim fikirlərimlə tanış olsunlar. Lakin, həmin fikirlər mən düşünməsəm də sonrakı Züleyxa üçün yazılmışdı. İnsanlara dəstək olmaq və istəklərimi həyata keçirmək üçün bu sahəni seçməyə qərar verdim. İlk öncə öyrəndiklərimi ətrafımdakı insanlara aşılmağa başladım. Daha sonra bu sahə üzrə həm Azərbaycanda, həm də digər ölkələrdə təcrübəli mütəxəssislərdən təlimlər aldım və müxtəlif dərəcəli beynəlxalq sertifaktlar əldə edərək bu işlə ciddi və rəsmi şəkildə məşğul olmağa başladım. Hal-hazırda Yaşam Koçu ilə yanaşı rəsmi beynəlxalq təlimçi kimi də fəaliyyət göstərirəm. Eyni zamanda rəsm analizi və art terapiya üzrə təhsil aldım və bu zaman yolum uşaqlar ilə kəsişdi. Mən uşaqları çox sevirəm, bəlkə elə bu səbəb oldu ki, mən reabilitasiyada uşaqlarla işləməyə qərar verdim.
- Psixologiya üzrə hansı işləri icra edirsiniz?
- “Yaşam Koçluğu Eğitimi” – seanslar və təlimlər keçirəm.
“Reabilitasiya” üzrə isə autizm diaqnozlu, daun sindromlu, həyəcan və təşviş pozuntusu, davranış pozuntusu, enurez və enkoprez, disleksiya, ailə ilə problemli və s. uşaqlar ilə seanslarım olur.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,... (Bu fikri öznüz tamamlayın, zəhmət olmasa)
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki, başlanğıcda "yox" deyən insanlar bu gün məni dəstəkləyəcəklər.
P.S. Hal hazırda online və ofisdə seanslarımız və təlimlərimiz dəvam edir. Bu sahəyə marağı olan, biliklərini artırmaq və seanlarda iştirak etmək istəyənlər mənimlə əlaqə saxlaya bilər. Pandemiya ilə əlaqədar olaraq eyni zmanda bir neçə ildir ki, “psixoloq_life_coach” adlı instagram hesabımda gördüyüm işlərlə və psixoloji faktlarla bağlı paylaşımlar edirəm.
Əlaqə nömrəsi: (055) 774 50 53
İnstagram : psixoloq_life_coach (ZuleyKha Askeri)