Uzman klinik psixoloq Gülər Zaman: "Evdə baş verənlər uşağın psixi sağlamlığına qalıcı təsir göstərir"
- Gülər xanım, ailədaxili münasibətlər necə tənzimlənməlidir?
- Ailədaxili münasibətlər ilk öncə qarşılıqlı hörmət və qayğı, səmimiyyət, mehribançılıq və qarşılıqlı anlayış çərçivəsində tənzimlənməlidir. Bunlar olmadığı təqdirdə, artıq ailədə bir sıra problemlər yaranmağa və zamanla da şiddətlənməyə başlayır.
- Ailədaxili münasibətlərdə ən çox hansı problemlərlə rastlaşırsınız?
- Ailədaxili münasibətlətdə ən çox rast gəldiyimiz problemlər sırasında tərəflərin bir-birini anlamaması, güzəştə getməməsi, məsuliyyəti qəbul etməmək, aqressivlik, həyat yoldaşlarının bir-birinə qoyduqları gözləntilər vardır.
Bunlarla yanaşı, çox təəssüf ki, son zamanlarda ailədaxili münasibətlərdə istər fiziki, istərsə də psixoloji şiddət halı ilə daha çox qarşılaşırıq.
- Bu problemlərin səbəbi nədir?
- Bu problemlərin yaranmasına səbəb olan faktorlar arasında həyat yoldaşlarının fərqli ailələrdən gəlməsi, fərqli mühitdə böyüməsi və bu səbəblə bir-birilərini anlamaması, tərəflərin real olmayan gözlənti içərisində olması, cinsəl problemlər sayıla bilər.
Digər əsas səbəblərdən biri isə ünsiyyət problemidir-tərəflərin bi-biri ilə düzgün ünsiyyət qura bilməməsi.Bu da zamanla ailədaxili şiddətə, tərəflərin bir-birindən uzaqlaşmasına hətta boşanma hallarına gətirib çıxara bilir.
- Bu problemlər uşaqlara necə təsir edir?
- Ailədə ata və ana arasında olan münasibət uşaqların bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.Çünki evdə baş verənlər uşaqların psixi sağlamlığına qalıcı təsir göstərir.Valideynlərin bir-biri ilə necə ünsiyyət qurması,uşağın şahid olduğu münqişələr onun psixi sağlamlığından tutmuş, əldə etdiyi nəaliyyətlərə və həmçinin gələcəkdə quracağı münasibətlərə də öz təsrini göstərir.
Əlaqə nömrəsi: (051) 500 18 28