Terapevt ve psixoterapevt Afət Əsgərzadə: "Hər bir pasientə öz doğmam kimi yanaşıram"
- Afət xanım, necə oldu ki, həkim oldunuz?
- Mən həkim ailəsində doğulmuşam. Əmim vaxtilə ölkənin baş terapevti olub. Hərbi hospitalın baş həkimi işləyib. Anam da ginekoloqdur. Düzdür, ailəm bu işin çətinliyini nəzərə alaraq mənim həkim olmağımı istəmirdi. Amma mən israr etdim və bu sahəyə gəldim. Nə yaxşı ki, həkim oldum.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 17 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Niyə məhz psixoterapiya sahəsini seçdiniz?
- Mən həmişə istmişəm ki, psixatr olum. Amma valideynlərim bu sahəni istəmirdi. Ona görə də uzun illər terapevt kimi işlədim. İllər sonra polşalı bir psixoloqun təlimində iştirak etdim və beləliklə, psixoterapiya ilə məşğul oldum. Daha sonra biliyimi və təcrübəmi xarici ölkələrədə artırdım. Hal-hazırda həm ailə həkimi kimi, həm də psixoterapevt kimi işləyirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim sahəm ailə həkimliyidir. Mən hər bir pasientə öz doğmam kimi yanaşıram və öz sevgimi onlardan əsirgmirəm. Əsas iş prinsipim budur.
- Xarakter olaraq necə biridir Afət xanım?
- Hər bir insan kimi mənim də mənfilərim var. Amma bacardığım qədər qəlb sındıqmamağa çalışıram. İstəmədən incitdiyim insanlardan da üzr istəməyi bacarıram. Bir də ki, çox səmimi və pozitiv bir insanam.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu peşəni seçərkən bu işin çətinliyini onsuz da dərk etmişdim. Hər şeyi gözə almışdım. Ona görə də ağlıma nə gəlirdisə, o da başıma gəldi.
Əlaqə nömrəsi: (055) 819 45 45