Fizioloq, diyetoloq, sağlam qidalanma üzrə mütəxəssis Pərvanə Qəhrəmanova: "Regional və rasional qidalanma sistemi çox elastik sistemdir"
- Pərvanə xanım, necə oldu ki, regional və rasional qidalanma sistemini qurdunuz?
- Şəxsi araşdırmalarım nəticəsində aşkarladım ki, bizi heç də milli yeməklərimiz kökəltmir. Kilo vermək üçün milli qidalanma sistemimizdən, öyrəşdiyimiz ağız dadımızdan uzaqlaşmağımıza ehtiyac yoxdur. Gündəlik rasionallığı qoruyaraq, yaşadığımız bölgənin nemətlərindən istifadə edərək də sağlam və sürətli şəkildə kilo vermək mümkündür. Bu ən doğru yoldur. Bizi biz edən torpağımızdır. Ona ana vətən deyirik. İnsan ana bətnində iki hüceyrənin birləşməsindən formalaşaraq, ana vasitəsilə qidalanaraq, dünyaya göz açır.. Doğulduqdan sonra da vətən torpağında yetişən nemətlərdən yeyərək yaşamına davam edir. Məsələn:Naxçıvan regionunda böyüyüb,boya –başa çatanla Bakı bölgəsində böyüyüb,boya –başa çatan şəxslərin xarakterinin formalaşmasında torpağın havanın suyun və qidanın rolu vardır.Bağırsaq mikrofloramız yediklərimizdən formalaşır mikroflora çeşidliliyi nəsildən nəsilə ötürülür və son zamanlar elmin inkişafı ilə əlaqədar bağırsaq mikrofloramızdakı bakteriyaların gen transfer etmək özəlliyi də kəşf edilib.Amma biz bunu ta qədimdən bilirik və şifahi şəkildə xalqımızın dilində hər bölgənin insanlarını bir və ya bir neçə xüsusiyyətlərlə qarşındakı insana təsvir edilib və edilir. Kilo vermək, ideal çəkimizə və sağlamlığımıza qovuşmaq üçün də çox uzaqlara getmək məcburiyyətimiz yoxdur. Regional və rasional qidalanma sistemini qurmağımızın səbəbi alışdığımız və unudulmaq üzrə olan qidalanma sistemimizi dirçəltməkdir.
-Bu sistemin özəlliyi nədir?
- Hər bir xalqın milli mənsubiyyətininin göstəricilərindən biri də onun qidalanma mədəniyyətidir. Müasirləşmə və qloballaşma bizə bu mədəniyyəti unutdurmamalı və atalarımızdan bizə miras qalan bu mədəniyyət xor görülməməlidir. Çünki bir ölkədə qidalanma mədəniyyəti və davranışı kütləvi şəkildə dəyişdirilərsə orada zamanla xəstəliklər də arta bilər. Regional və rasional qidalanma sistemi keçmişin izlərini daşıyan, yeni tendensiyalara seçici yanaşan bir sistemdir. Bu sistem özündə mövsümə uyğun bol çeşidliliyi, rahatlığı, münasib maddi və mənəvi dəyərləri birləşdirən bir qidalanma sistemidir.
- Bu sistemin vasitəsilə insanlara necə yardım edirsiniz?
- Müraciət edən hər bir şəxsə indivudal yanaşırıq. Əvvəlcə şəxsin yaşadığı bölgədəki qidalanma forması aşkarlanır. Müraciət edən şəxsin fizioloji və psixoloji xəstəlikləri ələ alınaraq alışdığı dadlardan qoparmadan ona necə düzgün qidalanmasını və kilo verə biləcəyini öyrədirik.
-Bu proqramın nəticəsini neçə müddətdən sonra əldə edirsiniz?
- Regional və rasional qidalanma sistemi ilə arıqlayan şəxslər ilk bir neçə ayı hər gün tərəziyə çıxmaq məcburiyyətindədirlər.Bu onların vücud dilini öyrənməkdə əvəz edilməz vasitədir.Əgər bu gün rejimə başlayıbsa,artıq sabah nəticə görülməlidir.Nəticə isə bir neçə formada özünü biruzə verir.Bunlara rəqəm olaraq tərəzidə,emosiya olaraq əhval-ruhiyyədə və sıxlaşma olaraq vücud da misal göstərə bilərik.Bu mənim iş prinsipimdir “Əgər bir insanı arıqlatmaq istəyirsizsə siz ona diyet listi verərsiz,amma hər gün tərəziyə çıxarmarsız.Əgər siz bir insana nəyi nə cür yeyərək ideal çəkisinə və sağlamlığına qovuşmağı öyrətmək istəyirsizsə onda siz onu hər gün tərəziyə çıxarmaq və onunla hər gün danışmaq,ona qida seçimi sərbəstliyini vermək məcburiyyətindəsiz”.Məhz bu zaman siz o şəxsi, o şəxsdə öz vücudunu çox yaxşı tanıyar,öyrənər,kəşf edər.Mən yağ-bal,yağlı quzu kababı, yeyib 10kq çəki verən şəxslərlədə işləmişəm,diyetik(mənfi kalorili tərəvəzlər) badımcan, gül kələmi ,yeyib çəki alan şəxslərlə də işləmişəm.Hər bir şəxs vücudunu və yediyi qidanı tanıyaraq kilo verməyi öyrənməlidir.Bu qidanın kalorisi çoxdu,bu qidanın qlisemik indeksi yüksəkdi deyib,heç bir nemətdən məhrum almaq gərəkmir,sadəcə yediyin qidanı tanı ,doğru qidalanma saatlarını və nəyi nə cür yeyəcəyini öyrən ,qurtul Əslində çəki azlığında kilo almaq və çəki çoxluğunda kilo vermək çox asanddır,biz qəliz görmək istədiyimiz və qəlizləşdirdiyimiz üçün qəlizləşir.
- Bu sistemi hansı yaş qrupuna aid insanlara tətbiq edirsiz?
- Bütün yaş qruplarında tətbiq edirik və çox gözəl nəticələr əldə edirik. Çünki bu sistem bizim gen yaddaşımıza hopan, bizə doğma bildiyimiz bir sistemdir. Bu sistemi daha çox orta yaşlı artıq çəkililərimiz sevir, çünki, onlar üçün dədə-babadan qalma adətlərlə bişirilən yeməklərlə kilo vermək daha xoşdur. Milli nemətləri sevən hər bir uşaq, gənc, yaşlı şəxslər rahatlıqla bu sistemlə kilo verə bilər. Regional və rasional qidalanma sistemi çox elastik sistemdir. Hər kəsin zövqünə, ailə büdcəsinə və həyat tərzinə uyğun gəlir.
Son olaraq bu mövzuda insanlara nə demək istərdiniz?
Hər kəs öz vücudunu, bədən dilini tanımaq məcburiyyətindədir. Biz həyatda bu vücudla yaşayırıq, işləyirik və qazanırıq. Ona görə də vücudumuzun bizdən istədiklərinə biganə qalmamalıyıq. Sağlamlığımızı gec olmadan, zamanında qorumalıyıq. Hər bir şəxs ya ətraflı araşdırma ilə özü öz vücud dilini öyrənməli, ya da mütəxəsislərdən dəstək alaraq sağlamlığının keşiyində durmaq üçün maariflənməlidir.
Əlaqə nömrəsi: (055) 566 77 05