Həkim-kosmetoloq Nərgiz Şıxəliyeva: "Təbiiliyi qoruyub saxlamaq əsas iş prinsipimdir"
- Nərgiz xanım, necə oldu ki, həkim oldunuz?
- Ağ xalatı uşaqlıqdan sevmişəm. Ona görə də sənədlərimi Tibb Universitetinə verdim və qəbul oldum. Müalicə işi fakültəsini bitirmişəm. Amma hər zaman gözəllik sahəsinə marağım olub. Bu baxımdan da hal-hazırda kosmetoloq kimi fəaliyyət göstərirəm.
- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Artıq yeddi ildir ki, bu sahədəyəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- İndi xanımlarımız daha gözəlləşir və daha təbii olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Təbiiliyi qoruyub saxlamaq əsas iş prinsipimdir.
- Hansı prosedurları icra edirsiniz?
- Kosmetologiyaya aid bütün üz və bədən prosedurlarını icra edirəm.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Süni preparatlara qətiyyətlə "yox" deyirəm.
- Son zamanlarda xanımların əksəriyyəti sima olaraq bir-birinə bənzəyirlər. Buna münasibətiniz necədir?
- Hər kəsin öz seçimi var. Mən bu barədə heç nə deyə bilmərəm (gülür).
- Özünüz özünüzə hansısa bir prosedur edirsinizmi?
- Mən özümə sırf qırışların qarşısını almaq üçün baxım prosedurları edirəm.
- Xanımlar sizə daha çox hansı prosedurlarla bağlı müraciət edirlər?
- Daha çox botoks və dolğularla bağlı müraciətlər olur.
- Yalnız xanımlarla çalışırsınızmı, yoxsa bəy pasientləriniz də var?
- Yalnız xanımlarla çalışıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bu işlə ailə həyatı alınırmı?
- Bəli, alınır.
- Xanımlara nə məsləhət görürsünüz?
- Özlərinə baxsınlar, hər zaman baxımlı və gözəl görünsünlər.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, gözəlliyi yaratmaq və pasientlərin xoşbəxt olması mənə bu qədər pozitiv enerji gətirəcək.
Əlaqə nömrəsi: (055) 808 06 05