Kirpik və qaş mütəxəssisi Samirə Məmmədova: "Bilirdim ki, məşhur bir master olacağam"
- Samirə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan gözəlliyə marağım var idi. Xüsəsən də kirprklərə həvəsim var idi. Çünki qardaşımın kirpikləri mənim kirpiklərimdən uzun idi. Mən də istəyirdim ki, kirpiklərim uzun olsun. Buna görə də bu işlə maraqlandım, Rusiyada bu metodu öyrəndim və Azərbaycana ilk dəfə mən gətirdim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq doqquz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən kirpiklərin laminasiyası, kollagenləşdirilməsi, spa proseduru, qaşların uzunmüddətəli şəkilləndirilməsi, liftinqi və s. işləri icra edirəm.
- Kirpiyin insanda gözəl olması nə dərəcədə vacibdir?
- Kirpik və qaş əsas rol oynayır. Çünki insanlar ünsiyyətdə olanda ilk olaraq göz təması qurulur. Bu baxımdan, kirpik və qaş üz quruluşunda çox böyük əhəmiyyət kəsb edir.
- Özünüz özünüzə hansısa bir prosedur etmisinizmi?
- Bu proseduru ilk dəfə mənə Rusiyada bir master edib. Amma ondan sonra heç bir masterə bunu həvalə etməmişəm. Yalnız özüm özümə edirəm.
- Xarakter olaraq necə birisiniz?
- İlk baxışdan sərt görəsənsəm də, çox mülayim biriyəm. İnsanlara tez inanıram.
- Bu işdə sizin üçün nə yolverilməzdir?
- Sterilizə olmayan heç bir işə qol qoymuram. Təmizliyə çox önəm verirəm. Bu baxımdan da indiyə qədər heç bir gözəllik salonunda işləməmişəm.
- Tələbələriniz varmı?
- Bəli, tələbələrim çoxdur. Hətta xarici ölkələrdən də tələbələrim var.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz gözəlliklərini qorusunlar. Düzgün mütəxəssis seçsinlər və getdikləri salonlarda gigyenaya fikir versinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mənim ağlıma nə gəlmişdisə, başıma gəldi. Mən yaxşı bilirdim ki, məşhur bir master olacağam. Elə də oldu. Öz zəhmətimlə bu yerlərə qədər gəlib çıxa bildim.
Əlaqə nömrəsi: (051) 433 87 94