Həkim-kosmetoloq Elza Nuriyeva: "Xanımları gözəlləşdirmək hər zaman maraq dairəmdə olub"
- Elza xanım, necə oldu ki, tibb sahəsinə gəldiniz?
- Tibb sahəsinə hər zaman marağım olub. Xüsusən də kosmetologiyaya. Ukraynanın Dnepropetrovsk şəhərində terapiya sahəsini əla qiymətlərlə bitirmişəm. Oxuduğum zaman ərzində tələbə təqaüdü almışam. Üç il uşaq xəstəxanasında işləmişəm. Ümumilikdə isə 12 il iş təcrübəm var.
- Niyə məhz kosmetologiya sahəsini seçdiniz?
- Çünki xanımları gözəlləşdirmək hər zaman maraq dairəmdə olub.
- İş prinsipiniz nədən ibarətdir?
- Təbiiliyi qoruyub saxlamaq əsas iş prinsipimdir.
- Bütün kosmetoloji prosedurları icra edirsiniz, yoxsa istisnalar var?
- Üzə və bədənə aid olan bütün kosmetoloji prosedurları icra edirəm.
- Xanımlar son zamanlarda sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
- Daha çox dəri probelmləri ilə bağlı müraciətlər olur. Biz də onun müalicəsini çox yüksək səviyyədə həyata keçirdirik.
- Son zamanlarda xanımların əksəriyyəti zahiri görkəmcə bir-birinə oxşayır. Bunun səbəbi nədir?
- Bəli, razıyam. Çünki süniləşmə gedir. Xaımlar bir-birinə oxşamağa çalışırlar. Amma hər sima individualdır.
- Xarakter olaraq necə birisiniz?
- Mən çalışqan bir insanam. İndiyə qədər bütün uğurlarımı özüm qazanmışam.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Süni dolğulara və ucuz, keyfiyyətsiz məhsullarla işləməyə "yox" deyirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, üzlərində qırış varsa, onu vaxtında aradan götürsünlər. Çünki qırışlar sonradan çapıqların yaranmasına səbəb olur.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu səviyyəyə qədər gəlib çataram.
Əlaqə nömrəsi: (055) 341 37 06