Psixoloq Gülüstan Orucova: "Ağlıma gəlməzdi ki, pasientlərim məndən bu qədər razı olar"
- Gülüstan xanım, necə oldu ki, psixoloq oldunuz?
- Mənə həmişə deyirdilər ki, səninlə danışanda rahatlıq tapırıq. İlk peşəm rus-dili, ədəbiyyat müəllimliyidir. O peşəni sevəməmişəm. Valideynlərimin istəyi ilə həmin ixtisasa sahib oldum. Amma psixologiyanı çox sevirdim. Şükürlər olsun ki, arzuma çatdım. Psixoloq oldum.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Peşəkarcasına 3 ildir, amma ümumilikdə iyirmi ildir ki, fəaliyyət göstərirəm.
- Hansı üsullarla çalışırsınız?
- Mən bütün elmlərlə maraqlanıram. Özüməməxsus bir üsulum var. Daha çox dərmansız müalicəyə üstünlük verirəm. Bu qənaətə gəlmişəm ki, insan özü özünüz həkimidir. Onu da deyim ki, Qurani-Kərimdən çox bəhrələnirəm.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox həyat eşqinin ölməsi ilə bağlı müraciətlər olur. Belə hallara çox rast gəlirəm. Bu da xoşagəlməz bir haldır. Bir də qorxu, depressiya və s.problemlərlə mütaciətlər çoxalıb.
- Xarakter olaraq necə birisiniz?
- Mən çalışıram ki, Allahın sifətlərini özümdə daşıyım. Cəmiyyətin fikri mənim üçün önəmli deyil.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, Quranı oxusunlar və orada yazılanlara riayət etsinlər.
- Məb bu işi seçərkən ağlıma gəlməzdi ki,..Bu fikri tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, pasientlərim məndən bu qədər razı olar.
Əlaqə nömrəsi: (050) 551 86 50