Mama-ginekoloq Türkay Hüseynova: "Ağlıma gəlməzdi ki, bu işin bu qədər çətin tərəfləri olar"
- Türkay xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim ailəsində böyüdüyüm üçün başqa bir seçimim yox idi. Atamın da məsləhəti ilə bu pəşəni seçdim.
- Niyə məhz ginekologiya sahəsini seçdiniz?
- Sözün düzü, bir çox sahələr arasında seçim qarşısında qalmışdım. Nəticə etibarilə, ginelologiyanı seçdim. Nə yaxşı ki, məhz bu sahəni semişəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıü səkkiz ilə yaxındır bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Əsas iş prinsipim xəstəyə ziyan verməmək və hər bir pasientə individual yanaşmaqdır.
- Son zamanlarda xanımlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Mən daha çox estetik ginekologiya ilə məşğul oluram. Müraciətlər də daha çox bununla bağlı olur.
- Hansı prosedurları icra edirsiniz?
- Estetik ginekoloji əməliyyatlar, lazer ginekologiyası, vaqinizm və s. buraya daxildir.
- Xarakter olaraq necə birisiniz?
- Əslində işdənkənar səbrsiz biriyəm. Amma pasientlərimlə səbrli davranıram və hər birinə individual yanaşıram.
- Bir ginekoloq olaraq nəyə "yox" deyirsiniz?
- Qadına qarşı olan şiddətə, onlara süni şəkildə yeridilən özgüvənsizliyə "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Həkimə vaxtında müraciət etsinlər və vaxtaşırı müayinələrdən keçsinlər.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işin bu qədər çətin tərəfləri olar.
Əlaqə nömrəsi: (055) 322 03 90