Cərrah mama-ginekoloq Mələk Qafarlı: "Bu işi bu qədər çox sevəcəyim ağlıma gəlməzdi"
- Mələk xanım, necə oldu ki, həkim oldunuz?
- Əslində,həkim olmağım valideynlərimin arzusu idi. Yalnız ginekoloq olmaq məhz mənim seçimim oldu, çünki bizim sahə daha çox pozitivə köklənib. Və hər ötən gün,hər ailənin sevincinə vəsilə olunca,hər qadına analıq hissini yaşamağa yardım edincə,nə yaxşı ki, bu sahəni seçmişəm deyirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- 10 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- İs prinsipiniz nədən ibarətdir?
- İşimi düzgün görməyə çalışıb,vicdanım qarşısında dürüst olmaq! Və nə olursa olsun,öz doğru yolumdan geri dönməmək! Hər bir xəstəyə öz yaxınım kimi yanaşmaq, düzgün diaqnoz qoyub və yalnız beynəlxalq protokollara əsaslanan müalicə taktikasını tətbiq etməkdir.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Təəssüflər olsun ki,bütün xəstəliklər cavanlaşıb və çox yayılıb. Günümüzdə sonsuzluqdan əziyyət çəkən çox cütlüklər var. Amma ən çox arzuladığımız xəstə kateqoriyası - hamilə qadınlardır.
- Öz sahəniz üzrə hansı isleri icra edirsiniz?
- Sonsuzluğun müalicəsi,normal və riskli hamiləliyin aparılması və USM təqibi,normal doğuş,kesar, hər növ ginekoloji əməliyyatların icrası və s.
- Xarakter olaraq necə birisiniz?
- Məsuliyyətli,ünsüyyətcil,mülaim və perfeksionist biriyəm.
- Ailəlisinizmi?
- Bəli,bir oğlum var.
- Bir ginekoloq olaraq nəyə "yox" deyirsiniz?
- Ginekoloqların özünü plastik cərrah kimi hiss edib,doğum zamanı qadınlara həm də bədən şəkilləndirmə əməliyyatların icra etməsinə! Bu həm sağlamlıq,həm estetik nəticə baxımından yolverilməzdir!
-Xanımlara nə məsləhət görürsünüz?
- Sağlamlıqlarına qarşı daha diqqətli olsunlar. Heç bir şikayətləri olmasa belə minimum ildə 1 dəfə ginekoloji müayinədən keçməklərini.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- İşimin bu qədər məsuliyyətli, gecəsi-gündüzü olmayan, mənəvi və fiziki çətin olmasına baxmayaraq, onu bu qədər çox sevəcəyim ağlıma gəlməzdi. Yenə olsa,yenə də ginekoloq olardım!
Əlaqə nömrsəi: (050) 227 28 88