Həkim-dermakosmetoloq Qəbunə Cəlalova: "Ağlıma gəlməzdi ki, işim həyatımın bir parçası olacaq"
- Qəbunə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq uşaqlıq arzum olub. Həm də estetikanı çox sevirdim, ona görə də bu sahəyə gəldim.
- Artıq neçə ldir ki, bu sahədəsiniz?
- Artıq on beş ildir, bu sahədə fəaliyyət göstərirəm.
- Bu illə ərzində nə müşahidə etdiniz?
- Bu illər əzrzində xanımların sevincini müşahidə etdim. Yanımıza gələn pasientlər bizdən məmnun halda getdilər.
- Hansı prosedurları icra edirsiniz?
- Kosmetologiyaya aid bütün prosedurları və əməliyyatları icra edirik. Bir də ki, təlim-tədris edirik.
- Tələbələriniz varmı?
- Bəli, tələbələrim çoxdur. Onu da qeyd edim ki, xarici ölkələrdən də kifayət qədər tələbələrim var. Mən əsası kosmetologiyanın texnologiyasını öyrədirəm.
- Hansı üsullarla çalışırsınız?
- Mən yunan üsulu ilə işləyirəm. Bir də ki, mən daha çox qarışımlarla çalışıram. Bu üsulu Azərbaycanda hər həkim bilmir.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Biopolimerlərə, gözaltı işiq dolğusuna, gicah və alın dolğusuna qətiyyətlə "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Həmişə baxımlı olsunlar və özlərinə dəyər versinlər. Elə xanımlar var ki, bizə müraciət edirlər, amma imkanları yoxdur. Yeri gəldikdə, onlara təmənnasız xidmət göstəririk.
- Eşitdiyimizə görə, siz uşaq evlərindən on səkkiz yaşına çatmış gənc qızları götürüb Estetik permanet makiyaj ve ariqlama cihazları lazer öyrədirsiz ?
- Bəli, uşaq evlərindən gənc qızları götürüb onlara aparat kosmetologiyasını və permanet makiyaj öyrədirəm. Bütün xərci özüm çəkirəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikr özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki, mənim işim mənim həyatımın bir parçası olacaq.
Əlaqə nömrəsi: (050) 502 99 63