Həkim-kosmetoloq Arzu Ələsgərova: "Təbiiliyi və sadəliyi qoruyub saxlamaq əsas iş prinsipimdir"
- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim bu sahəyə marağım uşaqlıq illərimdən olub. Böyüdüm və arzularımın ardınca getdim. Kosmetoloq oldum. Nə yaxşı ki, bu sahəyə gəldim. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiziniz?
- Artıq iyirmi beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Hər sahə kimi kosmetologiya da sürətlə yenilənir. Biz də bu yenilikləri öyrənib pasientlərimizə tətbiq etməyə çalışırıq.
- İş prinsipiniz nədən ibarətdir?
- Təbiiliyi və sadəliyi qoruyub saxlamaq əsas iş prinsipimdir.
- Hansı prosedurları icra edirsiniz?
- Kosmetologiyaya aid olan bütün prosedurları icra edirəm.
- Özünüz özünüzə hansısa prosedurları edirsinizmi?
- Əlbəttə, edirəm. Özümə rəva görmədiyim prosedurları pasientlərimə də rəva görmürəm.
- Ən çox sevdiyiniz prosedur hansı prosedurdur?
- Ən çox plazmaları xoşlayıram.
- Xarakter olaraq necə birisiniz?
- Deyilənə görə, mülayim bir insanam. Amma bundan sui-istifadə edənlər də olur.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Həddindən artıq dolğulara "yox" deyirəm.
- Tələbələriniz varmı?
- Əvvəllər olub, amma indi yoxdur.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, hər zaman baxımlı olsunlar. Özlərinə diqqət etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işə bu qədər təlabat olacaq.
Əlaqə nömrəsi: (055) 625 31 83