Stomatoloq Sevinc Ovçiyeva: "Bu peşəni çox sevirəm"
- Sevinc xanım, necə oldu ki, həkim oldunuz?
- Mən ailənin tək övladıyam. Valideynlərimin arzusu olub ki, mən həkim olum. Onları arzularını ürəyində qoymamaq üçün həkim olmaq qərarına gəldim. Amma onu da deyim ki, bu sahəyə öz marağım da olub. Bu peşəni çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On ilə yaxındır ki, bu işdə fəaliyyət göstərirəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Bu sahənin çox çətin və məsuliyyətli bir peşə olduğunu müşahidə etdim.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Ailə həyatı ilə bu iş alınırmı?
- Mənim yoldaşım, qayınatam, qayınanam və baldızım da həkimdir. Ona görə də, yoldaşım məni həmişə anlayışla qarşılayıb və mənə hər zaman dəstək olub.
- Ağ xalatsız necə birisiniz?
- Mən işdə necəyəmsə, işdənkənar da eləyəm. Çox səmimi və ünsiyyətcil biriyəm. Pasientlərlə də bir həkim pasient münasibəti yox, dost münasibəti qururam. Hər bir pasientə öz doğmam kimi yanaşıram.
- Stomatoligiyaya dair bütün prosedurları icra edirsiniz?
- Bəli, demək olar ki, bütün prosedurları icra edirəm. Stomotologiya hər gün yenilənən bir sahədir. Mən də bu yenilikləri izləyib, öyrənirəm və öz işimdə tətbiq edirəm.
- İnsanlar bəzən öz dişlərinə etinasız yanaşırlar. Onlara nə məsləhət görürsünüz?
- Bizdə insanlar heç bir xəstəlikləri olmadıqları təqdirdə həkimə müraciət etmirlər. Sanki nədənsə qorxurlar. Bu, düzgün deyil. Dişlər heç olmasa, ildə bir dəfə proflaktik müayinələrdən keçirilmədirlər. Vaxtında edilən müdaxilələr gələcəkdə baş verə biləcək fəsadların qarşısını öncədən alır.
- Hər bir həkimin öz işləmək prinsipi var. Sizdə necədir?
- Mən çalışıram ki, protokoldan kənara çıxmayım. Bu, öz yerində. Amma bir də pasientlə həkim arasında bir ünsiyyət formulu olmalıdır. Hər bir halda, pasienti razı yola salmağa çalışırıq.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu belə tez bir zamanda istədiyim yerə gələrəm və öz işimlə insanlar tərəfindən bu qədər sevinərəm.
Əlaqə nömrəsi: (070) 540 47 49