Həkim-komsetoloq Fatimə Şirəliyeva: "Pasienti məmnun yola salmaq əsas prinsipimdir"
- Fatimə xanım, necə oldu ki, həkim oldunuz?
- Mənim anam həkimdir. Ətrafımda da hər zaman həkimlər olub. Bu sahəyə marağım elə o vaxtdan başlayıb. Özümü başqa sahədə təsəvvür etmirdim. Ona görə də, məhz həkim olmaq qərarına gəldim və indi işim çox sevirəm.
- Artıq neçə ildir ki, kosmetoloq olaraq fəaliyyət göstərirsiniz?
- Artıq iki ildir ki, kosmetoloq olaraq çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Birinci növbədə işimi vicdanla yerini yetirməyə çalışıram. Bundan başqa, pasienti məmnun yola salmaq mənim əsas prinsiplərimdəndir.
- Son zamanlarda öz sahənizdə daha çox hansı problemlərlə qarşılaşırsınız?
- Elə də ciddi problemlərlə qarşılaşmıram. Amma bizim iş sistemimizdə özünü həkim kimi təqdim edən qeyri-peşəkar insanların pasientlərə vurduqları ziyanları çox müşahidə edirəm. Həmin fəsadları aradan qaldırmaq mənim üçün bəzən çox çətin olur.
- Xarakter olaraq necə birisiniz?
- Çox şən və pozetiv, ailəcanlə, işimi sevən və dürüst bir insanam.
- Özünüzü harada görmək istərdiniz?
- Özmü bir neçə ildən sonra daha yaxşı və ən tanınmış bir kosmetoloq olaraq görürəm (gülür).
- Ailəlisinizmi?
- Bəli, iki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, bir həkimin yanına gedirlərsə, onun həkim olub-olmadığını mütləq araşdırsınlar. Bir də ki, onlara yazılan dərman preparatlarının tərkibini yaxşı-yaxşı incələsinlər. Çünki insanın sağlamlığı hər şeydən önəmlidir.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, həkim-kosmetoloq olaram. Çünki meylim cərrahlığa olub. Amma indi düşünürəm ki, nə yaxşı kosmetoloq olmuşam. İşimdən çox məmnunam və özümü məhz bu sahədə tapmışam.
Əlaqə nömrəsi: (070) 561 71 91