Stilist Aytən Məmmədova: "Xanımlara diqqət və qayğı mütləqdir"
- Aytən xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim pedoqoji təhsilim var. Amma həvəsim bu sahəyə idi. Əvvəlcə kursa getdim. Sona ustanın yanında köməkçi kimi işlədim. Bir neçə ildən sonra sərbəst işləməyə başladım.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- İndi keratinə təlabat daha çoxdur.
- Keratinin qalıcılıq müddəti nə qədərdir?
- Altı-səkkiz ay arasıdır.
- Xanımlarla işləmək necə bir hissdir?
- Xanımlara diqqət və qayğı mütləqdir. Mən də hər bir müştəri ilə ünsiyyət qurmağı bacarıram. Onlarla çox incə davranıram.
- Xarakter olaraq necə birisiniz?
- Çox şən və pozetiv biriyəm.
- İndi saç ustaları çoxdur. Rəqabətdən baş çıxarda bilirsinizmi?
- Mənə görə, hər ustanın özünə xas olan işləmək üsulu var. Mən sağlam rəqabətin tərəfdarıyam. Onda inkişaf da olur.
- Xanımlara nə məsləhət görürsünüz?
- Xanınlar saçlarını çox yandırırlar. Ümumiyyətlə, xanımlar son zamanlarda saçlarına bir o qədər də yaxşı qulluq etmirlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, müştərilərim tərəfindən bu qədər çox sevilərəm.
Əlaqə nömrəsi: (099) 819 09 92