Dr. Vusalə Cəfərova: "Sadə və səmimi bir insanam"
- Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Rusiyada Tibb Akademiyasını bitirmişəm. İxtisasca həkiməm. Oxuduğum illər ərzində plastik cərrahiyyəyə çox böyük həvəsim var idi. İndi də var. Sadəcə olaraq, yaşadığım şəhərdə həmin sahə üzrə təhsil vermirdilər. Təhsilimi bitirdikdən sonra bir müddət özəl klinikalarda çalışdım. Lakin hər zaman düşünürdüm ki, özümə bir yer götürüm və öz işimi qurum. Karantin bitdikdən sonra istəyimi reallaşdırdım. İndi öz yerimdə fəaliyyətimi davam etdirirəm.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq on ildir ki, bu sahədə işləyirəm.
- Hansı prosedurları icra edirsiniz?
- Artıq çəkinin korreksiyası, aparat vasitəsilə bədən şəkilləndirilməsi, üz massajı, üzün təmizlənməsi və s. prosedurları icra edirik.
- Öz sahəni üzrə nəyə "yox" deyirsiniz?
- Xanımların əksəriyyəti arıqlamaq üçün həkim məsləhəti olmadan müxtəlif dərman preparatları qəbul edirlər. Nəticə etibarilə, özləri də bilmədən orqanizmlərinə ziyan vururlar. Buna "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Sadə və səmimi bir insanam. Amma işdə özümə müəyyən kaprizlərim var (gülür).
- Xanımlara nə məsləhət görürsünüz?
- Hər bir xanım hər zaman baxımlı olmalıdır. Amma son zamanlar salonlara müraciət edən xanımların sayı nədənsə azalıb. Bəzən madddi imkanı edirlər. O da bəhanə deyil. Çünki ən ucuz kosmetoloji prosedurlar Azərbaycanda icra olunur.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən aparat vasitəsilə kimisə arıqladaram.
Əlaqə nömrəsi: (050) 709 21 02