Mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Nüşabə Əlişova: "Müayinə və müalicə həkimin tövsiyyəsi, nəzarəti altında olmalıdır"
- Nüşabə xanım, zaman sizi haradan götürüb haraya gətirdi?
- Mən 1996-cı ildə daxil olduğum Tibb Universitetini 2002-I ildə fərqlənmə diploma ilə bitirdikdən sonra, elə həmin Tibb Universitetinin ikinci mamalıq-ginekologiya kafedrasına ordinaturaya daxil oldum. Artıq iyirmi ilə yaxın fəaliyyətimi bu kafedrada davam etdirirəm. 2014-ü ildə tibb üzrə fəlsəfə doktoru adini, 2015-I ildən kafedranın asisstenti vəzifəsində calışıram. Elmi fəaliyyətlə yanaşı praktiki fəaliyyətimi aparıram.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Bizim sahə elə bir sahədir ki, hər bir xəstəyə indivudal yanaşma var. Biz həm ana olacaq xanımlara, həm də onların dünyaya gələcək körpələrinə eyni vaxtda nəzarət edirik. Lakin son illər sosial şəbəkələrin inkişafi pasientləri cox səf yollarla getməyə vadər edir. Bir daha vurğulamaq istəyirəmki hər bir pasientə yanaşma və müalicə individualdi. Çox istərdim ki pasientlər vaxtında bir həkimə müraciət etsinlər. Səhiyyə cox tez inkişaf edir , və bu ğün elə bir xəstəlik yoxdur ki onun həlli və müalicəsi olmasın.
- Xarakter olaraq necə biridir Nüşabə xanım?
- Nüşabə xanim daim ixtisasının yeniliklərini izləyən, hər bir pasientə individual və həssaslıqla yanaşan bir doktordu.
- İş prinsipiniz nədən ibarətdir?
- Əsas düzgünlük, pasientlərə zərər verməmək və pasientləri dinləmək.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Hiperdiaqnostikaya və lazımsız dərmanların qəbuluna "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Öz sağlamlıqlarına diqqət etsinlər. Ana olacaq xanımlara məsləhətim odur ki, ailə qurmamışdan öncə həkim müayinəsindən keçsinlər. Çünki vaxtında olunan müayinə və müalicələr gələcəkdə yarana biləcək fəsadların qarşısını alır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər çətinliklərə üzləşərəm. Cünki həkimlik reklam olmamalıdı, social şəbəkələrdə axan yalnış informasiyalar, verilən tövsiyələr yalnış nəticələrə gətirib cıxardır və biz həkimləri cətin vəziyyətə salır. İnanıram ki bu problemlər tez bir zamanda aradan qalxacaq. Pasientlərimiz sosial şəbəkələrdən, media informasiya portalllarından düzgün və səmərəli istifadə edəcəklər. Müayinə və müalicə həkimin tövsiyyəsi və nəzarəti altinda olmalıdır. Onlayn sağlamlıq olmur.
Əlaqə nömrəsi: (055) 490 01 03