Endokrinoloq Hülya Abbasova: "Ünsiyyətcil, tələbkar və məsuliyyətli biriyəm"
- Hülya xanım, necə oldu ki, həkim oldunuz?
- Mən özümü dərk edəndən həkim olmaq istəmişəm. Bu istək sonradan məqsədə çevrildi və şükür ki, məqsədimə çatmışam.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq səkkiz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Bu sahənin nə qədər çətin və məsuliyyətli olduğunu gördüm.
- Hansı xəstəliklərin müalicəsi ilə məşğul olursunuz?
- Endokrin xəstəliklərin müalicəsi, yəni Şəkərli diabet, qalxanvari vəz xəstəlikləri ( Diffuz toksiki ur, Haşimato və s), böyrəküstü vəzi xəstəlikləri, osteoporoz, kişi və qadın sonsuzluğu, və s. problemlərin müalicəsi ilə məşğul oluruq.
- Son zamanlarda şəkərli diabet xəstələrinin sayı çoxalıb. Bunu nə ilə əlaqələndirirsiniz?
- Günümüzdə modern həyat dediyimiz yaşantı- oturaq heyat, ayaqüstü qidalanma ( fast food- tez yemək) çəkinin artmasına, bu isə insulin dirəncinə səbəb olmaqla Tip 2 Şəkərli diabet sıxlığının artmasına səbəb olur. Eyni zamanda qidaların genetikasinin deyişdirilməsini, stress faktorlarının artmasını da qeyd etmək olar.
- İş prinsipiniz nədən ibarətdir?
- Ən vacib məsələ pasientə kifayət qədər zaman ayırmaq və onu dinləməkdir deyə düşünürəm. Mən pasientə ən azı yarım saat vaxt ayırmağa çalışıram, onları səbrlə dinləyirəm, izsh edirəm. Bu pasientlərimin məndə sevdikləri yönümdür (gülür).
- Xarakter olaraq necə birisiniz?
- Ünsiyyətcil, tələbkar, məsulliyyətli, birazda qısqanc biriyəm deyə düşünürəm (gülür).
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bu işlə ailə həyatı alınırmı?
- Çətin olsa da, alındırmağa çalışırıq. Ailəm, xüsusilə yoldaşım mənə hər zaman həm maddi, həm də mənəvi dəstək olub.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Protokoldan kənara çıxmağa və lazımsız dərmanların yazılmasına "yox" deyirəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa
-Ağlıma gəlməzdi ki, bu işi bu qədər sevərəm. Hər gün kimisə sağlamlığına qovuşdurmaq, eşitdiyim təşəkkür ruhumun qidasıdır!
Əlaqə nömrəsi: (050) 574 29 49