Endokrinoloq Vüsalə Atakişiyeva: "Heç bir pasientə yemək qadağası qoymuram"
- Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən həkim ailəsində böyümüşəm. Bu sahəyə marağım uşaqlıqdan olub. Ona görə də qərar vedim ki, həkim olum.
- Bəs niyə məhz endokrinologiya sahəsini seçdiniz?
- Çünki bu sahə mənə daha maraqlı gəldi. Həm də ailəmdə diabet çoxdur. Bu da bu işi seçməyimə çox böyük təkan oldu.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildən çoxdur ki, bu sahədə fəaliyyyət göstərirəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Qalxanvəri vəz və diabet xəstəliklərinin çox sürətlə artdığını müşahidə etdim. Buna görə də qərara gəldim ki, "Diabet" məktəbi yaradım. Ayda bir dəfə təlimlərimiz olur. Təlimlər zamanı pasientlərə öz xəstəlikləri barədə məlumatlar veririk. Onlar bu bilgilər əsasında öz xəstəliklərini nəzarətdə saxlaya bilirlər.
- Xarakter olaraq necə birisiniz?
- Pasientlərlə sərt oluram (gülür). Mən, ümumiyyətlə, heç bir pasientə yemək qadağası qoymuram. Çünki onda pasient həkimdən inciyir və uzaqlaşır. Amma bəzən öz sərtliyimi onlara göstərmək məcburiyyətində qalıram. Həyatda isə çox həssas və kövrək bir insanam. Lakin bunu maksimum dərəcədə göstərməməyə çalışıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Bu işlə ailə həyatı alınırmı?
- Mən Türkiyədə və Almaniyada təhsil almışam. Həyat yoldaşım mənə hər zaman həm maddi, həm də mənəvi olaraq dəstək olur. Əsas olan budur, məncə.
- İş prinsipiniz nədən ibarətdir?
- Biz ilk növbədə pasientin analizləri əsasında ona diqanoz qoyuruq. Məsələn, diabetdirsə bir dəfə ödəniş etməklə bir ay boyunca qəbulumuza ödənişsiz gələ bilir (şəkərlərini normaya salan qədər).
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, hər bir pasient mənə öz dərdini danışacaq, mən də onların problemlərini yaşayacağam.
Əlaqə nömrəsi (055) 662 32 22