Astroloq, metofizik, psixoloq Məryəm Teymur: "Mənim istiqamətim mükəmməl bir varlığa varmaqdır"
- Məryəm xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən on üç yaşımdan etibarən astrologiyaya maraqlanmağa başladım. Araşdırmalara başladım. Peşə olaraq Rusiyada psixologiyanı, Türkiyədə isə onlayn olaraq sosiologiyanı bitirdim. Bundan başqa, seksologiya üzrə də təhsil almışam. Hal-hazırda isə neropsixologiya üzrə onlayn təhsil alıram. Ümumi olaraq yüzdən çox sertifikatım var. Mən gənc yaşlarımdan inanırdım ki, insanı idarə edən enerjidir. Bu sahə üzrə Malaziyada və Sinqapurda təhsil aldım. Artıq iyirmi ildir ki, Malaziyada Koalampurda Feng Shui üzrə mütəxəssisliyi öyrənirəm. Öyrəndiklərimi öz həyatımda tətbiq etdim. Sonra isə insanlarla işləməyə başladım. Mənim istiqamətim mükəmməl bir varlığa varmaqdır. Ən önəmili məsələ daxilimizdəki "mən"i tanımaq və onu yaşatmaqdır. Mən də bunu elmi əsaslarla öyrənirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq iyirmi ildir ki, bu sahədəyəm.
- Xarakter olaraq necəsiniz?
- Mən analizedici bir insanam. Problemə problem kimi yox, riyazi tapşırıq kimi baxıram və ona görə də bütün problemlər tez bir zamanda həll olunur.
- İş üsulunuz necədir?
- Mən insanlarla beynəlxalq dərəcədə onlayn olaraq işləyirəm. Biz astroloji xəritəni yaratmaqla insanlara onların daxilindəki güclü şansları, istiqamətləri göstəririk və onları aktviləşdirməyi öyrədirik. Nəticədə insanlar öyrəndikləri ilə özləri özlərinə kömək göstərirlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Elə bir şey yoxdur. Çünki mən hər şeyi hissiyatlı və məntiqli şəkildə hesablamalarla edirəm. Valideynlərim istəyirdi ki, mən həkim olum. Lakin mən bu sahəni seçdim. Peşman deyiləm. Gücüm yetdiyi qədər də bu saəhədə fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Son on beş ildir ki, bu sahədə kitablar da yazıram.
Əlaqə nömrəsi: (050) 355 30 24