Dietoloq, Yaşam koçu Nərmin Elçinqızı: "İnsanlara xoşbəxtlik bəxş etmək əsas prinsipimdir"
- Nərmin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən dünyaya gəldiyim gündən artıq çəkidən əziyyət çəkmişəm. Buna görə də, ətrafımdakı insanlardan həmişə tənqid eşitmişəm. Qarşıma məqsəd qoydum ki, nə yolla olursa olsun, artıq çəkilərdən qurtulacağam. Beləcə, bu yola çıxdım. İlk öncə, özümdən başladım, daha sonra isə təcrübəmi insanlar üzərinə tətbiq etməyə başladım.
- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Artıq altı ildir ki, bu işlə məşğulam.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanlara xoşbəxtlik bəxş etmək əsas iş prinsipimdir. "Burada sizə uyğun geyim yoxdur" cümləsini eşidən xanımlarımızın yenidən həmin dükana gedib S-M ölçülü geyim istəməklərinə vəsilə olmaqdır məqsədim. O an satıcıların simalarındakı ifadəni onlar qədər mən də görmək istərdim.
- Hansı yaş qrupuna aid olan insanlarla çalışırsınız?
- Mən uşaq nutrisiologiyasını da bitirdiyim üçün uşaqlar da daxil olmaqla hər yaş qrupu ilə çalışıram.
- Xarakter olaraq necə birisiniz?
- Yaşadığım hər gün, hər hadisə xarakterimdə dəyişiklik edir.
- Bir dietoloq olaraq nəyə "yox" deyirsiniz?
- Qramla yemək yeməyə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hamını eşitsinlər, amma heç kəsi dinləməsinlər. Çünki uğura çatmaq üçün iki silah lazımdır. İstəmək və çalışmaq...
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, insanlara bu qədər faydalı olacağam.
Əlaqə nömrəsi: (055) 508 97 87