Stilist-vizajist Nigar Misirova: "Hər ustanın müştərisi özünə oxşayır"
- Nigar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən uşaq vaxtı anamın kosmetik vasitələri ilə gəlincikləri makiyaj edirdim. Elə o vaxtdan bu sahəyə marağım və sevgim olub. Ona görə də bu gün bu sahədəyəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Azərbaycanda eybəcər xanım yoxdur, baxımsız xanım var. Mən bu illər ərzində xanımları necə dəyişməyi həm onlara öyrətdim, həm də özüm öyrəndim.
- Xanımlarla işləməyin çətin tərəfi varmı?
- Hər zaman deyirlər ki, hər ustanın müştərisi özünə oxşayır. Şükürlər olsun ki, mənim müştərilərlə heç bir problemim olmur. Hər biri ilə gözəl anlaşırıq.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Mən stilist-vizajistəm. Saç yığımları, koloristika, gəlin bəzədilməsi və s. işləri görürəm.
- Hansı prinsiplərlə işləyirsiniz?
- Mən daha çox ərəb makiyajlarına üstünlük verirəm.
- Sizcə, bir xanımın üzündəki hansı üzvləri onu daha gözəl göstərir?
- Məncə, qaşı, gözü və saçı.
- Xarakter olaraq necə birisiniz?
- Bir az çətin xarakterli insanam. Nə istəyirəmsə, onu da etməyi xoşlayıram. Amma dərəcəsində.
- Ailəlisinizmi?
- Bəli.
- Nəyə "yox" deyirsiniz?
- Xanımların çox süniliyə qaçmasına "yox" deyirəm.
- Son zamanlar qalıcı makiyajlar dəbdədir. Buna münasibətiniz necədir?
- Mən qalıcı makiyaji məsləhət görmürəm. Çünki dəriyə çox ziyanı var. Ən azıdan altı saatdan sonra onu çıxartmaq lazımdır.
- Xanımlara nə məsləhət görürsünüz?
- Baxımlı olsunlar, özlərinə baxsınlar, öz üzərində dəyişiklik etsinlər.
- Son olaraq nə demək istəyirsiniz?
- Arzularım çoxdur. Olduğum mövqedən hələ razı deyiləm. Bu sahədə öz adımla daha çox tanınmaq istəyirəm.
Əlaqə nömrəsi: (077) 508 38 48