Cərrah mama-ginekoloq Esmira Quliyeva: "Sadə, səmimi və vicdanlı biriyəm"
- Esmira xanım, nece oldu ki, həkim oldunuz?
- Həkim olmaq uşaqlıq arzum olub. Həm də nənəm mənim adımı sevimli həkiminin şərəfi qoyub.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on bir ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Niyə məhz ginekologiya sahəsini seçdiniz?
- Xanımlara yardım edə bilmək, onların sağlam və kompleksiz yaşamasına vəsilə olmaq mənim ginekologiyanı seçəməyimə səbəb oldu.
- İs prinsipiniz nədən ibarətdir?
- Xanımlara vicdanla, zərər vermədən yardımçı olmaq.
- Ən çox qarşılaşdığınız problemlər hansılardır?
- Pasientlərin bəzən ailədaxili, məişət səbəblərindən qaynaqlanaraq müalicə və müayinəyə gələ bilməməsi və həyatlarının təhlükəyə atılmasıdır (xüsusən də hamilələr).
- Xarakter olaraq necə birisiniz?
- Sadə, səmimi və vicdanlı biriyəm.
- Bir həkim olaraq nyə "yox" deyirsiniz?
- Aborta "yox" deyirəm. Hamiləlikdən qorunma üsullarını daha geniş tətbiq edərək buna son qoymaq lazımdır.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Xanımlara nə məsləhət görürsünüz?
- Xanımlarımız ən azı ildə bir dəfə müayinə olunsunlar, öz sağlamlıqlarına biganə qalmasınlar. Eyni zamanda, hər zaman gözəl və baxımlı olsunlar.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər çətin və şərəfli olmağına baxmayaraq, sənətimə çox bağlı olacağam.
Əlaqə nömrəsi: (050) 252 09 53