Dietoloq-kosmetoloq Alidə İbrahimova: "Xalqı sağlam görmək naminə yola çıxdım"
- Alidə xanım, necə oldu ki, bu işə başladınız?
- Mən həkim olaraq hər kəsi, xalqı sağlam görmək naminə yola çıxdım. Ona görə də bu peşəni seçdim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ildir ki, bu işdə çalışıram.
- Öz sahəniz üzrə fəaliyyətiniz nədən ibarətdir?
- Öz sahəm üzrə ilk olaraq həkim olduğum üçün doğru balanslı qidalanma ilə həm sağlıqlı kilo vermək, sağlıqlı kilo alaraq insanların öz güvənini bərpa etməyə kömək olmaqdır.
- Görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
- Sevgi və özünə dəyər bacarığının olmamasıdır.
- İnsanalar sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
- Fərdlər çəki problemləri ilə bağlı müraciət etsələr də həmin problemlərin əsasında onların psixologiyasının pozulmasına səbəb olan faktorları görürük.
- İş prinsipiniz nədən ibarətdir?
- Həkim olduğum üçün hər bir pasientə fərdi yanaşma, doğru konsultasiya, onların psixoloji vəziyyətini nəzərə alaraq doğru mövqeyi müəyyənləşdirməkdir.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Xarakter olaraq necə biridir Alidə xanım?
- İnkaf etməyi sevən, öyrənməkdən və öyrətməkdən heç bir zaman bezməyən, öz sahəsi üzrə yeniliklərə açıq olan bir fərddir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, nəinki siravi vətəndaşlar, eyni zamanda çox tanınmış, savadlı, ziyalı həkimlər də pasientlərim olacaq və mən bir psixoloq-dietoloq kimi bu işin öhdəsindən asanlıqla gələcəyəm.
Əlaqə nömrəsi: (050) 419 13 31