Həkim - endokrinoloq Gülnar Qafarova: "İşimi nə qədər çox sevdiyimi anlayıram"
- Gülnar xanım, necə oldu ki, həkim oldunuz?
- Ağ xalat geyinməyimin əsas səbabkarı anam olub. Çünki o da həkim idi. Bu işə olan sevgini mənə anam aşılayıb.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on altı ildir ki, bu sahədəyəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Bu işin çox çətin və stressli bir iş olduğunu gördüm. Amma elə nüanslar olur ki, öz işimi nə qədər çox sevdiyimi anlayıram.
- Hansı xəstəliklərin müalicəsi ilə məşğul olursunuz?
- Şəkərli diabet, piylənmə, artıq çəki, qalxanvari və böyrəküstü vəz xəstəlikləri, endokrin sonsuzluq və s. xəstəliklərin müalicəsi ilə məşğul oluram.
- Son zamanlarda sizi nə narahat edir?
- İndi xəstəliklər daha "cavanlaşıb". Bu məni çox narahat edir.
- Bu nə ilə əlaqədardır?
- Burada daha çox əsəb və stress faktoru rol oynayır.
- İş prinsipiniz necədir?
- Mən dövlət polinklinkasında işlədiyim üçün daha operativ işləyirəm. Çünki bizə müraciət edən pasientlərin sayı özəl klinikalara müraciət edən xəstələrin sayından çox olur.
- Xarakter olaraq necə birisiniz?
- Sakittəbiətli biriyəm. Təmkinli olduğumu deyirlər.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Hərəkətsizliyə "yox" deyirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bu işlə ailə həyatı alınırmı?
- Çətin olsa da, alındırmağa çalışıram.
- Beynəlxalq konfranslarda iştirak etmisinizmi?
- Bəli, Almaniyada, Türkiyədə, eləcə də ölkəmizdəki bir çox konfransların iştirakçısı olmuşam.
- Sizi narahat edən nədir?
- Pasientlərin həkimlərə qarşı olan aqressivliyi.
- Görmək istədiyiniz, amma görə bilmədiyiniz məqam hansıdır?
- Pasientlərin həkimə daha çox inamı və hörməti.
- Nədən qorxursunuz?
- Sevdiklərimi itirməkdən çox qorxuram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Maksimum stressden uzaq olsunlar və həmişə hərəkətdə olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, həkimlik bu qədər çətin və məsuliyyətli bir sənətdir. Mən övladlarımın həkim olmasını istəmərəm.
Əlaqə nömrəsi: (055) 876 51 46