Cərrah-ginekoloq Ülviyyə Hacıyeva: "Pasientlərimə ziyan gəlməyindən çox qorxuram"
- Ülviyyə xanım, necə oldu ki, həkim oldunuz?
- Bu sahəyə marağım uşaqlıqdan olub. Çünki atam da, anam da həkimdir. Ona görə də bu sahəni sevdim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On dörd ildir ki, bu sahədəyəm.
- Bu on dörd il ərzində nə müşahidə etdiniz?
- Çox şeylər gördüm. Amma pasientlərimin sevinci mənim üçün dünyalara dəyər.
- İşinizin çətin tərəfi nədir?
- Ən çətin tərəfi məsuliyyət daşımaqdır.
- Xarakter olaraq necə birisiniz?
- Çox kövrək bir insanam. Amma bunu pasientlərim görə bilmirlər.
- İş prinsipiniz nədən ibarətdir?
- Hər bir ailəyə sevinc bəxş etmək mənim əsas prinsipimdir.
- Nədən qorxursunuz?
- Pasientlərimə ziyan gəlməyindən çox qorxuram.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Hamilə xanımların özlərinə qarşı laqeyd yanaşmaqlarına "yox" deyirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bu işlə ailə həyatı alınırmı?
- Çətin olsa da, alındırmağa çalışırıq. Artıq öyrəşiblər (gülür).
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər çətin bir iş olar.
Əlaqə nömrəsi: (055) 281 09 19