Terapevt Dietoloq - Düzgün qidalanma üzrə mütəxəsis Rəna Həsənova: "Pasientlərimlə yaxın rəfiqə ola bilirəm"
- Rəna xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmaq uşaqlıq arzum olub. Təhsilimi Ukraynada bitirdim. Dietologiyanın əsaslarını Azərbaycanda keçdim. Təcrübələrimi ailə üzvlərimdən başladım. Sonra isə insanlarla işlədim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- iş prinsipiniz nədən ibarətdir?
- Mən əvvəlcə pasienti müayinə edirəm. Artıq çəkinin səbəbini araşdırıram. Çünki hər orqanizm individualdır. Səbəbini araşdırdıqdan sonra müalicəyə başlayıram.
- Son zamanlarda sizə ən çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox qaraciyər piylənməsi, qan azlığı, zob və s. Xəstəliklərlə bağlı müraciət edirlər.
- Bəzi insansanlar həkim məsləhəti olmadan müəyyən diet proqramları ilə arıqlamaq istəyirlər. Buna münasibətiniz necədir?
- Bu hal yolverilməzdir. Bəzi insanlar çörəkdə və müəyyən qidalardan imtina etməklə çəki atmaq istəyirlər. Yaxud da müəyyən dərman pereparatlarından istifadə edirlər. Amma bu düzgün deyil. Mütləq həkimlə məsləhətəşmək lazımdır.
- Nəyə "yox" deyirsiniz?
- Ac qalmağa, fast-fooda, yuxusuzluğa, oturaq həyat tərzinə və mənbəyi bilinməyən dərman pereparatlarına "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox mehriban və səmimi bir insanam. Pasientlərimlə yaxın rəfiqə ola bilirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- İldə ən azı iki dəfə həkim müayinəsindən keçsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, peşəkar və sevilən bir dietoloq olacağam.
Əlaqə nömrəsi: (070) 750 01 23