Psixiatr Ləman Quluzadə: "Daxili aləmim çox kədərlidir"
- Ləman xanım necə oldu ki, həkim oldunuz?
- Mən 2012-ci ildə Tibb Universitetinə daxil oldum. 2018-ci ilə oranı bitirdim. 2020-ci ilə qədər rezidentura keçdim. Həmin ilin sonlarından fəaliyyət göstərməyə başladım. Hal-hazırda fəaliyyətimi 3 saylı şəhər klinik xəstəxanasında və "Medikus" klinilasında davam etdirirəm.
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz. Bu illər ərzində nə müşahidə etdiniz?
- Onu müşahidə etdim ki, pasientlər psixiatra ən son məqamda gəlirlər. Bu isə bir çox fəsadların yaranmasına gətirib çıxardır.
- Bəzən psixoloqla psixiatrı səhv salırlar. Fərq nədədir?
- Psixoloqlar univetsitet bitirirlər, lakin rezidentura təhsilləri olmur. Onlar farmakoterapiya ilə məşğul ola bilməzlər.
- Xarakter olaraq necə birisiniz?
- Çox qapalı və insanlarla məsafəli davranan biriyəm. Daxili aləmim çox kədərlidir.
- Pasientlərin xəstəlikləri sizə təsir edirmi?
- Bəzilərinin həyat hekayələri mənə çox təsir edir?
- İnsanların müəyyən xəstəliklərdən əziyyət çəkməsi nə ilə əlaqədardır?
- Daha çox maddi vəziyyət, əsəb, stress, irsi və s.amillərlə bağlıdır.
- İş prinsipiniz nədən ibarətdir?
- Əvvəlcə, xəstəni vəziyyətdən çıxarmağa yönlənirəm. Bununla əlaqədar olaraq, yüksək dozalardan başlayıram. Onda nəticəni daha tez əldə etmək olur.
- Bir həkim olaraq sizi narahat edən nədir?
- İnsanların həkimə vaxtında deyil, son məqamda mütaciət etməsi məni çox narahat edir.
- Nədən qorxursunuz?
- Bizi qorxudan yalnız pasientlərin düşdüyü vəziyyətdən gec çıxmağı və ya çıxa bilməməsidir. Pasiyentlərin vəziyyətdən çıxa bilməməsi gecikdikləri üçün tam vəziyyətdən çıxa bilməsələr də stabil olaraq saxlaya bilirik.
- Nəyə "yox" deyirsiniz?
- Mənim etdiyim müalicəyə, gördüyüm işə, uşaqlarımın tərbiyəsinə kiminsə qarışmasına "yox" deyirəm.
- Ailəlisinizmi?
- Ailəli olmuşam, amma ayrılmışam. Peşəmi düzgün seçmişəm, amma ailə mövzusunda yanılmışam.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər ağır və müalicəyə çətin tabe olan xəstələrə rəğmən işmdən bu qədər zövq alaram.
Əlaqə nömrəsi: (055) 559 99 50