Stomatoloq Fidan Hacızadə:"Pasientlərimin məmnunluğu üçün əlimdən gələni edirəm"
- Fidan xanım, necə oldu ki, həkim oldunuz?
- Mən gözümü açandan ətrafımda həkim görmüşəm. Ailə üzvlərim həkim olub. Amma stomatoloq olan olmayıb. Mən də bu sahəyə maraq göstərdim və stomatologiyanı seçdim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 20 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu iyirmi il ərzində nə müşahidə etdiniz?
- Tibb elmi hər gün yenilənir və biz də bu yenilikləri öyrənib öz işimizdə tətbiq etməliyik.
- Biliyinizi artıqmaq üçün hansı xarici ölkələrə üz tutmusunuzmu?
- Bəli, Rusiyada, Türkiyədə, Ukraynada və s. ölkələrdə olmuşam.
- Bir neçə il bundan öncə xanım stomatoloqlar barmaqla sayılacaq qədər idi. İndi bu sayda kifayət qədər artım müşahidə edilir. Sizcə, pasientlər daha çox xanım stomatoloqlara üstünlük verirlər, yoxsa bəylər?
- Məncə, fərq etmir. Bu işdə hissiyat çox önəmlidir. Hər pasientə fərqli münasibət bəslənilməlidir. Hər halda, xanımlar daha incə işləyirlər.
- Xarakter olaraq necə birisiniz?
- İşimdə çox ciddi, işdənkənar isə pozetiv bir insanam.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən birinci sterilizədir. Təmizliyə çox önəm verirəm. Bir də ki, pasientlərimin məmnunluğu üçün əlimdən gələni edirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən əsasən dişlərin müalicəsi, ortepidiya və estetikası ilə məşğul oluram.
- Nəyə "yox" deyirsiniz?
- Sağlam dişlərin yonulun qapaq altına qəti sürətdə "yox" deyirəm. Heç nə insanın öz dişinin yerini verə bilməz.
- Ümumiyyətlə, dişə qulluq nə zamandan başlanılmalıdır?
- Dişim çığdığı ilk aylardan ona qulluq olunmalıdır. Uşaqların dişləri mütəmadi olaraq təmizlənməlidir ki, üzərində ərp qalmasın.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bu işlə ailə həyatı alınırmı?
- Çətin olsa da, alımdırmağa çalışıram.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən sərhəd tanımıram, həmişə yüksəklərdə olmağı arzulamışam. Amma ağlıma gəlməzdi ki, bunun üçün bu qədər səbrli olacağam və öz üzərimdə bu qədər işləyəcəyəm.
Əlaqə nömrəsi: (050) 551 61 33