Regenerativ tibb kök hüceyrə mütəxəssisi, nevroloq Aytən Əliyeva: "Pasientlərimə hər zaman pozetiv enerji verirəm"
- Aytən xanım, necə oldu ki, həkim oldunuz?
- Həkimliyə həvəs məndə uşaqlıq illərimdən olub. Bu sahəyə həvəslə, sevə-sevə gəlmişəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu on iki il ərzində nə müşahidə etdiniz?
- Mən indi regenerativ tibblə məşğulam. Həmişə fikirləşirdim ki, insan dərmansız, öz hüceyrələri vasitəsilə öz-özünü müalicə edə bilərmi? Bu sahəhə də marağım belə başladı. Köl hüceyrələrini araşdırmağa başladım. Hətta bir müddət psixologiya ilə də maraqlandım. İndi elm çox inkişaf edib. Biz artıq öz hüceyrelərimiz vasitəsilə özümüzü sağalda biləcəyik.
- Xarakter olaraq necə birisiniz?
- Həyatı çox sevirəm. Hər şeydən zövq alıram. Zaman-zaman ruh düşkünlüyüm olsa da, həmişə pozetiv olmağa çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən pasientlərimə hər zaman pozetiv enerji verirəm. Onları səbrlə dinləyirəm. Bu mənim əsas iş prinsipimdir.
- Nəyə "yox" deyirsiniz?
- Müalicə edə bilməyəcəyim pasienti götürməyə "yox" deyirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bu işlə ailə həyatı alınırmı?
- Bəli, mən hər işimi planlı şəkildə edirəm.
- Bir həkim olaraq sizi narahat edən nədir?
- İnsanların artıq çəkiləri və düzgün həyat tərzi keçirtməməkəri məni çox narahat edir. Mən hər zaman insanlara öz həyat tərzimi nümumə gətirirəm.
- Görmək istədiyiniz, amma görə bilmədiyiniz məqam hansıdır?
- Yaxşı inkişafı görə bilmirəm. İnkaf etmək üçün də insanlar bir-birilərinə dəstək olmalıdırlar. Təəssüf ki, bunu görmürəm.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməyən bir şey yoxdur. Mən bilirdim ki, bu anda hər zaman sadiq qalacağam və vicdanım təmiz olacaq. İnanın ki, mən pasientlərimi müalicə edəndə onlardan çox özüm narahata oluram. Bu da anda nə qədər sadiq olduğuma bir sübutdur.
Əlaqə nömrəsi: (050) 677 00 26